Çayxanada süfrəçi bir xanım var, oxumadığı kitab qalmayıb. Görür, ədəbiyyatdan danışırırq, çay süzə-süzə bizə yazıçılar haqda lətifə danışır, deyir:
Çoxdan görüşməyən iki məktəb yoldaşı - biri oxuyan imiş, o biri "toxuyan" - qarşılaşır, hal-əhval tuturlar.
-- Nəylə məşğulsan? - oxuyan soruşur.
-- Q...xana işlədirəm. Bəs sən?
-- Heç, roman üzərində işləyirəm.
-- Nə? Roman? Roman nədi?
-- Roman... belə də... kişi ilə qadını evləndirirəm, sonra ayırıram, hər ikisi iztirab çəkir, sonra onları ayrıları ilə görüşdürürəm, qoşalaşıb kef eləyirlər...
"Toxuyan"ın üzü gülür:
-- Tay denən sən də q...xana işlədirsən ki!
Yüklə: Mətn |
Zip