Badamdarda yasdayıq.

Badamdarda yasdayıq. Mollanın 80 yaşı var, amma çox qıvraqdı. Danışığı da Sədi Şirazi ilə Rövşən Lənkəranskinin ortaq dili. Hər cümlənin sonunda Əliağa Ağayev kimi səsini burnuna salıb ləzzətli bir “həəə” eləyir. Molladan seçmələr:
• Rüşvət haqda: Alə, rüşvətin axırı bilirsən nədü? – fakt tapırlar, akt yazırlar, axırda da infarkt olursan. Unutma: fakt, akt, infarkt.
• Araq içənlərə: Alə, maşın aldın- yuyursan, ev aldın – yuyursan, ayaqqabı aldın- yuyursan… axırda da gətirirlər səni mənim yanıma, səni də mən yuyuram
• Narkomanlara: Alə, çəkirsən, iynələnirsən, burun-qulaq-nos eləyirsən… (“burun-qulaq-nos” deyəndə, başını stola əyib kokain çəkməyi göstərdi)
• Müxalifət haqda: Alə, hökumətdən nə isyirsüüz e, iki iti əl bir xarab başı saxlaya bilmirsə, bir (burda udqundu, nəsə demək istədi, demədi) baş doqquz milyon ağızı necə saxlasun?
• Fırıldaq kafelər haqda: Alə, Gənclikdə kafedə oturmuşuq, iftar açırıq. İftarı bitirdik, fantastik bir hesab gəldi. Baxıb görəm nə, litr yarım araq da soxublar hesaba.
• “Bəzi” xanımlar haqda da bir lətifə danışdı. Deyir, qəşəng bir xanım əl eləyir, cavan oğlan maşını saxlayır, soruşur, hara gedirsən? Xanım da deyir, çörək dalınca çıxmışam. Oğlan da bunu aparır, çörək mağazasının qabağında düşürür. “Təmiz uşağdu də, alə”

Yüklə: Mətn | Zip



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az