Nurlana İşıq. Ağquyruq və Şən

Uğur heyvanları çox sevirdi və onlarla yaxşı yola gedirdi. Həyətdəki ağquyruqlu xoruz onun lap köhnə dostu idi: yumurtadan çıxandan bələd idi ona. Hər dəfə yemək zamanı boşqabında onun üçün pay saxlayıb səsləyərdi. Ağquyruq da səs- küylə qaqqıldayıb toyuqları başına yığardı, özü tək yeməzdi mükafatını. O, Uğur yatan otağın pəncərəsini tanıyırdı. Gündə üç dəfə pəncərənin altındakı taxçaya qonar, boğazını uzadıb uzun bir züy tutardı.

Yeni il bayramında Uğurun atası ona qara küçük aldı, qutuya qoyub evə gətirdi. Qapıdan içəri girən kimi küçük iki dəfə hamıldadı. Qutunun içindən çıxan səsi eşidən oğlanın üzü güldü, atasının boynuna sarıldı. Küçüyü qutudan çıxarıb qucağına alan kimi o, oğlanın üz – gözünü yalamağa başladı. Bu dəcəl it balası nazik quyruğunu sudan çıxan balıq kimi ora – bura atırdı.

Uğur soruşdu:
- Ata, bunun qulaqları niyə belə uzun, kağız kimi nazikdir?
- Koker cinsidir. Özü böyüdükcə qulaqları da uzanacaq, quyruqlarını çox tərpətdiklərinə görə “Şən” ləqəbini alıblar. Bunlar yaxşı ov itləri sayılırlar. Ağızları yumşaq olduğu üçün ovu gətirəndə əzmirlər.
- Ata, axı biz ovçu deyilik, ova da getmirik, o nə işlə məşğul olacaq?
- Doğru deyirsən. Hər kəsin bu dünyada bir işi olmalıdır. Darıxmaq bütün canlılara əzab verir. Öyrədərik, bizim toyuqlara keşik çəkər. Qonşunun köhnə damının altında gizlənib, toyuqlara qənim olan tülkünü də qovar.

Uğur uzunqulaqlı itini evə gətirdi. Axşam onu öz otağında saxladı. Ata küçüyə dam düzəltdi. Suqabı və yemqabı da aldılar. Beş ay sonra tükləri parlaq, oynaq bir it oldu. Oğlan ona salamlaşmaq, oturub gözləmək təlimləri keçdi. Adını da “ Şən” qoydu. Şən çox şeyi çox tez öyrəndi. Toyuqlar da ona öyrəşmişdi. Ancaq bir

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Cəvahir Tanrıverdi. Göy qurşağı Təyyarə. Ön sırada bir qadının Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az