Cəvahir Tanrıverdi. Göy qurşağı

Günlərin yağış günündə Gülçin pəncərədən yağışın yağmasını seyr edirdi. Buludlar ətəklərinə yığdığı nə qədər su varsa, yerə tökürdülər. O bu suyun yağış adlandığını bilirdi. Sözlərin hər birini yeni-yeni öyrənməyə başlayan Gülçin yağışı diqqətlə seyr edirdi. Yağış asta-asta yağırdı və bir az yağdıqdan sonra dayandı. Günəş isti əlləri ilə torpağa sığal çəkməyə başladı. Bunu görən Gülçin evdən bayıra çıxdı. Baxışlarını səmaya doğru yönəltdi. O, səmada rəngbərəng, sanki göy üzünün belinə dolanmış bir kəmər gördü:
- Bu nə gözəl kəmərdir. Deməli, göy üzü də belinə kəmər taxır, - dedi.

Bu zaman səmadan bir səs gəldi:
- Mənim adım Göy qurşağıdır,- deyə səsləndi həmin kəmər.
- Göy qurşağı? Nə gözəl adın var. Dayan, dayan, səndə çoxlu rənglər var. Qoy rənglərini sayım.

Gülçin saymağa başladı:
- Bir, iki, üç, dörd, beş, altı, yeddi. Səndə yeddi rəng var?
Göy qurşağı cavab verdi:
- Bəli, yeddi rəng var. Yaxşı, sən mənim adımı öyrəndin. Bəs sənin adın nədir?
- Mənim adım Gülçindir.
- Gülçin, gəl səni öz rənglərimdə gəzdirim. Gəzmək istəyirsən?

Gülçin bu sualın cavabını vermək üçün öz-özünə düşündü: “Axı, rənglərdə necə gəzmək olar? “
Göy qurşağı Gülçinin düşüncələrə daldığını görüb dedi :
- Yəqin, sən düşünürsən ki, rənglərdə necə gəzmək olar?
Gülçin dedi:
- Həqiqətən də elə düşünürdüm. Bunu necə etmək olar?
Göy qurşağı dedi:
- Sən əvvəlcə de görüm, bu gəzintiyə razısan? Razı olsan, bunun necə baş verdiyini öz gözlərinlə görəcəksən.
- Razıyam, razıyam, - deyə Gülçin düşünmədən cavab verdi. Bu zaman Göy qurşağı əlini Gülçinə uzatdı və Gülçinin əlindən tutub onu öz üzərinə qaldırdı. Gülçin səmaya qalxmışdı.

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az