Mir Cəlal. Dostumun qonaqlığı

TƏSADÜF


Kənddə, tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O, şəhərdən gəlmişdi. Deməyinə görə, istəkli dostunun ailəsilə bir yaylaq yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki: "Get, yer seç, ev tut, mənə xəbər ver!"


Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi. İlk tanışlığımız olsa da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə "bəli" deyirdim, lakin söhbətimizi uzatmaq istəmirdim. O, yəqin bunu hiss etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb, yavaşcadan dedi:
- Qardaşoğluma başağrısı vermirəm ki?
- Yox, - dedim, - xoşdur, söhbətinizə qulaq asıram.


Mənim bu sözüm ona cəsarət verdi; özünə xam məclis tapmış hoqqabazlar kimi sevinə-sevinə danışdı, böyük bir müqəddimə ilə başladı:
- Sizləri görəndə, sizin kimi irəli gedən cavanları görəndə elə bilırəm öz oğlumu, öz kiçik qardaşımı görürəm. Qardaşoğlunun canına and olsun, sənin canına yalandan and içmərəm, məni qəbrə öz əlinlə qoyasan, əgər yalan deyirəmsə, sənin kimi müəllimləri görəndə ürəyım dağlar boyda böyüyür. Çünki görürəm siz qultura barəsində, maarif barəsində, elm-ürfan barəsində doğrudan da mərhaba çalışırsınız. Halal olsun Sovət hökumətinin sizə verdiyi çörək! Halal olsun sizə çəkilən zəhmət!
Mirzə Qulam danışırdı. Ev yiyəsi bizi bostana, yemiş-qarpız yeməyə çağırdı.


Mən ev yiyəsinin əkdiyi, becərib yetirdiyi dirriyə tamaşa edirdim. Gömgöy kəvər, nanə, reyhan ləklərini, uzun yemiş tağlarını, tağlardakı yemişləri gördükcə baxmağım gəlirdi. Mənim fikrim zəhmət sevən, səliqə sevən təsərrüfatçı kəndlilərdə idi. Mirzə Qulam isə danışırdı. O, elmin xeyirli şey olduğundan, oxumağın lüzumundan, özünün qocalmağına baxmayaraq dərsə artan həvəsindən, çoxdan mənim kimi bir dost

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Cəvahir Tanrıverdi. Göy qurşağı Təyyarə. Ön sırada bir qadının Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az