Meyxoş Abdullah. Saçaqlı konfet
Balaca Nurtacın atası zabit idi, orduda xidmət edirdi. Onlar hərbi hissənin həyətindəki beşmərtəbəli binada yaşayırdılar. Nurtac evin tək övladı idi. Ağıllı və şirin bir qız olduğuna görə, ata-anası onu çox istəyirdilər.
Hər gün atası işdən evə dönəndə qızı Nurtac üçün hədiyyə alıb gətirərdi. Hədiyyələr müxtəlif cür olurdu; - gəlincik, şar, kiçik əl dəsmalı, çox vaxt da şirniyyat. Nurtac şirniyyatı çox sevirdi. İllah ki, atasının ona alıb gətirdiyi saçaqlı konfetlər ola. Qızcığaz bu şipşirin saçaqlı konfetləri o qədər çox xoşlayırdı ki...
Atası evə dönəndə, qapının zənginin çalınmasından Nurtac onun gəldiyini o dəqiqə hiss edirdi. Çünki atası qapının zəngini iki dəfə astaca basaraq, sanki zəngin musiqili dili ilə: - “Nur-tac” – deyə onu səslərdi.
Qapının zəngi bu sayaq çalınan kimi, balaca qızcığaz tələsik qapıya qaçar və anasını tələsdirərdi ki, qapını açsın, axı atası gəlibdir.
Atası qızıyla qapının ağzında bir xeyli zarafatlaşar, onu köksünə sıxıb, öpüb, əzizləyirdi. Sonra isə, arxasında gizlətdiyi əlinə işarə edib deyərdi:
- Ağıllı qızım tap görək atan sənə nə alıbdır?!
Balaca Nurtac da, barmağını dodağının üstə qoyub gözlərini yumar və guya dərindən fikirləşirmiş kimi, bir neçə dəqiqə susub qalardı. Bir az keçəndən sonra ağlına gələn hədiyyənin adını atasına söylərdi.
Atası bərkdən gülər və:
- Yoox!.. Düz tapmadın, oyuncaq deyil! – deyərək, qızını yenidən fikirləşməyə məcbur edərdi.
Qızcığaz isə, bu dəfə toppuş əllərini bir-birinə sürtərək, ağlından keçirtdiyi hədiyyələrin adını bir-bir yenidən saymağa başlardı. O vaxta qədər ki, artıq, atasının aldığı və arxasında gizlətdiyi hədiyyənin adı tapılana kimi.
Belə vaxtlarda kənarda sakitcə dayanıb, ata
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4