Rus sektoru ilə Azərbaycan sektoru

Rus sektoru ilə Azərbaycan sektoru arasında mübahisəyə aid sveji bir tacik lətifəsi, ordan dünən gətirmişəm:
Bahromşo kişinin 15-ci oğlu dünyaya gəlir.
--Uşağa babamın adını qoyacam – Nematşo! – arvadına deyir.
-- Nematşo 3-cü oğlumuzun adıdı e, kişi, ayrı ad fikirləş.
--Hə? Yaxşı, Saidşo qoyaq, rəhmətlik qardaşımın adıdı.
-- Saidşo 11-ci oğlumuzun adıdı axı...
Bahramşo kişi rəhmətə gedən bütün qohumlarının adını sadalayır- Rahmonşo, Olimşo, Zubayşo, İkromşo... hansı adı deyirsə, arvad deyir, artıq bu adı qoymuşuq. Kişi dilxor olur, siqaret yandırır, dərin qullab vurur:
--Yaxşı, onda gəl 15-ci oğlumuzun adını qoyaq Xoroşo!

Yüklə: Mətn | Zip



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az