Telefona zəng gəlir.
Telefona zəng gəlir.
--Filankəsdi?
--Hə, buyurun.
--Sizin işin istiqaməti nədi?
--Kimdi danışan?
--Vergilər nazirliyindəndi.
--Zəng eləyəndə özünüzü təqdim etməlisiniz.
-- ...(susur)
-- Hə, işimin istiqaməti... Məsləhətçi işləyirəm.
-- Nə məsləhətçi? Kimə məsləhət verirsiniz?
--- Kimi tutdum, ona.
--- ... (tormozlanır)
-- Xeyriyyə layihələri yazıram.
-- Müqavilə üzrə?
-- Hə, əlbəttə.
-- Bu gün bizdə iclas olacaq, saat 3də, ora gələrsiniz.
-- Xeyirdimi?
-- Vergi məcəlləsinə dəyişikliklərlə bağlıdı.
-- İnternetdə var də, oxumuşam. İclasda nəsə fərqli bir şey deyəcəksiniz?
--Yox, elə həmin şeyləri.
--Onda niyə gəlim ki?
--...
Telefonu başqasına verir (güman ki, rəisidi):
--- Bağladığın müqavilələri götürüb bu gün gətirə bilərsən bizim idarəyə?
-- Yox. Novruz bayramından sonra gətirə bilərəm. Özü də ikinci şəxsin təkində yox, üçüncü şəxsin cəmində müraciət eləyin, zəhmət olmasa.
-- ... (20 konturu gedir)
-- Elektron ünvanınızı verin, müqavilələrimi ora göndərim.
-- Müəllim, bilirsiz, sabah sizin probleminiz olsa, bizdən inciməyin.
-- Müəllim, mən rüşvət almıram, maaşdan əlavə paket alıb vergidən yayınmıram, vergilərimi də tər-təmiz, rüb bitməmiş avansla ödəyirəm ki, sizlər bonus ala biləsiniz. Mənim niyə problemin olmalıdı ki?!
--- (mızıldanır)
-------------------------------------------
Vergi əməkdaşları ilə dəfələrlə bu sayaq ünsiyyətdən sonra gəldiyim nəticələr: ("Nazir xalqın nökəridi, ağası deyil" kimi mənəvi postulatları yandırmaq üçün müvəqqəti “Təmiz Şəhər”ə verirəm)
1. Vergi əməkdaşlarına kommunikasiya mədəniyyəti öyrədilməlidi (Şübhəsiz, mədəniləri də var, amma bu, artıq birinci dəfə deyil deyə, yazıram, gələn dəfə adlarını, nömrələrini də qoyacam)
2. Vergi orqanı vergi
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2