Gilyotin hekayəsi

Üç kişi gilyotin vasitəsi ilə edama məhkum edilib. Bunlardan biri keşiş, biri hakim, digəri fizika alimidir... Edam meydanına birinci keşişi çıxarırlar. Məhkumun başını giyotininin baltasının altına yerləşdirəndən sonra cəllad rahibə "son sözün varmı?" soranda o da, o deyir: – Mən Allaha inanıram. O məni mütləq qurtaracaq! Allah... Allah... Allah... Cəllad giyotini endirir. Amma mö...

Təyyarə. Ön sırada bir qadının

Təyyarə. Ön sırada bir qadının halı xarab olub. Stüardessa elan eləyib aramızda həkim olub-olmadığını soruşur. Həkim yoldaşım başını pəncərəyə söykəyib yatıb. Dümsükləyib oyadıram. Durub yol vermək istəyirəm, görürəm, rəhmətlik psixiatr Ağabəy Sultanov arxa sıradan sürətlə gəlir. Yerimə keçib dəhlizi boşaldıram. Ağabəy həkim mənə çatır, başı ilə salam verir, gedir xəstəyə baxmağa. Baxır. Qayıdır. ...

Rus sektoru ilə Azərbaycan sektoru

Rus sektoru ilə Azərbaycan sektoru arasında mübahisəyə aid sveji bir tacik lətifəsi, ordan dünən gətirmişəm: Bahromşo kişinin 15-ci oğlu dünyaya gəlir. --Uşağa babamın adını qoyacam – Nematşo! – arvadına deyir. -- Nematşo 3-cü oğlumuzun adıdı e, kişi, ayrı ad fikirləş. --Hə? Yaxşı, Saidşo qoyaq, rəhmətlik qardaşımın adıdı. -- Saidşo 11-ci oğlumuzun adıdı axı... Bahramşo kişi rəhmətə gedən b...

Deməli, Telegraph qəzetinin

Deməli, Telegraph qəzetinin jurnalisti gəlir Böyük Britaniyanın xarici işlər naziri və NATO-nun baş katibi olmuş Lord Karrinqtonla görüşməyə. Karrinqtonun iti bunun üstünə hürür. Qapıya çıxan qoca siyasətçi jurnalistə deyir ki, fikir verməyin, itin adı Ser Edvar Hittdir. Bizim bütün itlərə baş nazirlərin adlarını qoymuşuq". Edvard Hit 1970-74-də Böyük Britaniyanın baş naziri olub, 2005-də dün...

Suriya qaçqın

Suriya qaçqın düşərgəsində yeni ixtisas yaranıb: yengə-fotoqraflar; çoxbilmiş xanımlar düşərgəni o baş-bu baş gəzir, qəşəng qızların şəklini şəkib watsaplayırlar Körfəz şeyxlərinə, onlar da gəlib qızları çıxılmaz duruma düşmüş valideynlərindən ayırıb aparıb qatırlar hərəmxanalarına. Müharibə şeyxlərin ruhuna məlhəm olub, istərlərmi bitsin?

Səhərin gözü açılmamış

Səhərin gözü açılmamış naxçıvanlı dostum zəng eləyib, məni hoydu-hoyduya basıb: “Ə, camaatınızı çox tərifləyirdin, gördün, deputatınız bircə sözlə Cəbrayılı “Joprayıl” elədi, qoydu ora”. Deyirəm, ə, mişoppa, heç olmasa, sən dinmə, sizin deputatlar düz iyirmi ildi bütün Azərbaycanı “Naxuyçiban”a döndəriblər.

“Fələstinli və sərçələr”

[“Şahinlər” sərçə yuvalarının haqqını ikiqat ödəyib qırx il gözlədilər. Qırx ilin tamamında sərçələrin fəlakəti başladı]. Sim-sim.az Ataqamın "Fələstinli və sərçələr" hekayəsini təqdim edir. Aban Müəzzin Bəhreyn tütününün acı tüstüsünü ciyərinə çəkib əlinin dalı ilə qəlyanın öləzimiş közünü küldana itələdi. Tüstünü pəncərənin qabağınadakı qurumuş güllərə üfürüb xurma ağacının dibind...

Badamdarda yasdayıq.

Badamdarda yasdayıq. Mollanın 80 yaşı var, amma çox qıvraqdı. Danışığı da Sədi Şirazi ilə Rövşən Lənkəranskinin ortaq dili. Hər cümlənin sonunda Əliağa Ağayev kimi səsini burnuna salıb ləzzətli bir “həəə” eləyir. Molladan seçmələr: • Rüşvət haqda: Alə, rüşvətin axırı bilirsən nədü? – fakt tapırlar, akt yazırlar, axırda da infarkt olursan. Unutma: fakt, akt, infarkt. • Araq içənlərə: Alə, maşın a...

Qrip tutub qızdırma içində

Qrip tutub qızdırma içində yatan dostlara İsa bəy İsmayılzadədən “Güllələr demədi…” antiqrippin şeiri. ------------------------------------------------------ Getdilər. Getdilər fit çala-çala, Getdilər atları çimizdirməyə – Bizi aparmadılar, Qulançar yığmağa, moruq dərməyə Bizi aparmadılar. Yalvarıb-yalvarıb, dil tökəndə biz onlar üstümüzə od ələdilər, qışqırıb-təpinib, hədələdilər: «Hələ...

Çayxanada süfrəçi bir

Çayxanada süfrəçi bir xanım var, oxumadığı kitab qalmayıb. Görür, ədəbiyyatdan danışırırq, çay süzə-süzə bizə yazıçılar haqda lətifə danışır, deyir: Çoxdan görüşməyən iki məktəb yoldaşı - biri oxuyan imiş, o biri "toxuyan" - qarşılaşır, hal-əhval tuturlar. -- Nəylə məşğulsan? - oxuyan soruşur. -- Q...xana işlədirəm. Bəs sən? -- Heç, roman üzərində işləyirəm. -- Nə? Roman? Roman nədi...