[“Şahinlər” sərçə yuvalarının haqqını ikiqat ödəyib qırx il gözlədilər. Qırx ilin tamamında sərçələrin fəlakəti başladı].
Sim-sim.az Ataqamın "Fələstinli və sərçələr" hekayəsini təqdim edir.
Aban Müəzzin Bəhreyn tütününün acı tüstüsünü ciyərinə çəkib əlinin dalı ilə qəlyanın öləzimiş közünü küldana itələdi. Tüstünü pəncərənin qabağınadakı qurumuş güllərə üfürüb xurma ağacının dibində qurduğu cələyə baxdı. Cələyə düşmüş sərçə qaynar qumun üstündə çırpınıb təslim olmuşdu: başını göyə tutub ağzını ayırmışdı. Aban Müəzzin köhnə ələkdən düzəltdiyi quştutanı ehmalca sərçənin üstünə basdı, quma dirənmiş sərçəni cələdən ayırıb torda açdığı dəlikdən çıxartdı.
-On şekelin* var, ağoğlan! – qonşu damların üstünə dırmaşıb Aban Müəzzinin sərçə ovlamasını izləyən uşaqlar birağızdan çığırdılar.
Aban Müəzzin sərçəni Əl-Fürqan* davasında dənizdən şığıyan “gürzələr”* kimi başı üstünə qaldırıb havada süzdürdü, qamış çəpərə tərəf bir neçə addım atdı, qəlpənin yeddiaylıq hamilə arvadı Ayişənin qarnına sancıldığı yerdə ölüm ilgəyi vurdu. Damların üstündə atılıb-düşüb ləzzətlə çığırışan uşaqlara baş əyib sərçəni eyvanın kölgətutan yerində düzəltdiyi quş damına atdı. Qəfəsdəki sərçələr qonağı boğuq cikkilti ilə qarşıladı.
Ayişəsini doğmadığı qızı ilə iç-içə basdırıb gələndən sonra Aban Müəzzin kufiyə* taxıb səub* geyməyə başladı. Səubu həmişə tər-təmiz, ağappaq olduğundan, uşaqdan böyüyə bütün Qəzza ona “ağoğlan” deyirdi.
Aban Müəzzin bugünü dünəninə əkiz olan Cəbəlyə* qaçqın düşərgəsindən sahilə, Qəzza yoluna çıxan kimi qəsəbə uşaqları yenə çığır-bağırla dalınca düşüb: “Ölüdü!”,
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11