Ataqam, \"Vurğun\" (hekayə)
Vurğun
Azmışdıq. Bizi dördyoldakı qara daşın üstündə oturub avazla kitab oxuyan ağsaqqal kişi, bir də şüşə ciliklənməsi səsinə bükülmüş uzanıb-gödələn, nazilib zoğ kimi qıvrılıb düyünlənən, təzədən çözülüb açılan ağ-qara zolaq kölgələr çaşdırmışdı.
Ağ səubunun ətəklərini altına yığıb bardaş qurub oturmuş nuranı qocaya salam verdik. Qoca: “Qabaqda çınqıllıq var, indi çayanların cütləşən vaxtı...