Təhsil naziri üçüncü dəfə “Çto? Qde? Koqda?”-da suala səhv cavab verəndən, Nəqliyyat naziri dördüncü dəfə sürücülük imtahanından kəsiləndən, Xarici İşlər naziri beşinci əncəbi diplomatla dalaşandan, Yüksək Texnologiyalar nazirinin əlində altıncı Samsung partlayandan, yeddi deputat quş qripinə yoluxandan... sonra Məmmədhəsən kişi tutduğu qızıl balığı tumarlayib suya buraxdı.
Yüklə: Mətn |
Zip