Meyxoş Abdullah. Qaz yumurtası
qar kimi ağappaq bir şeyin Teymurun gözünə dəyməsiylə, onun ora götürülməsi bir oldu. Doğrudan da, qaz yumurtlamışdı. Teymur yumurtanı əlinə götürəndə, yumurta həm isti idi, həm də yapışqan. O, oğrun nəzərlərlə ətrafa baxdı. Baxdı, görsün onu kənardan görüb eləyən yoxdu ki. Arxayın oldu görən yoxdu, tez yumurtanı sırıqlısının cibinə soxdu. Teymur elə sevindi ki, lap olmayan kimi.
Qış fəslində günlər çox qısa olur. Səhərin açılmasıyla, axşamın düşməsini o qədər də hiss eləmirsən. Bir azdan Teymur qoyunları qabağına qatıb evlərinə tərəf apardı. Nənəsi ondan qoyunları niyə evə tez gətirdiyini soruşanda, o, yalandan dedi ki, soyuqdan qala bilmədim, ayaqlarım üşüyürdü.
Nənəsi daha bir söz deməyib, həyətə düşdü və öz işləriylə məşğul olmağa başladı.
Teymur cəld tavanı götürüb peçin üstünə qoydu. Tava qızanda bir az yağ atıb, qaz yumurtasını sındırmaq istəyirdi ki, nənəsi otağa girdi. O, tavanı peçin üstündə görüb soruşdu:
- A bala, nə iş görürsən?
- Qaz yumurtası bişirirəm, ay nənə, - deyə Teymur, sevincək dilləndi.
- Qaz yumurtası?! Onu hardan tapmısan?!- deyə nənəsi, təəccüblə nəvəsinin üzünə baxdı.
- Şəfiqə xalagilin qazıydı da, çayın qırağında yumurtladı, mən də götürdüm. – Bax, gör nə boydadı, ay nənə, lap ikimizə də çatar. Teymur sevinə- sevinə qaz yumurtasını nənəsinə göstərdi.
Yumurtanı görən kimi nənəsinin qaşları düyünləndi.
- Demək, qaz yumurtasını oğurlamısan, hə?!
- Niyə oğurlayıram, qaz özü yumurtladı, mən də götürdüm də. Mən olmasaydım, bir başqası götürəcəkdi.
Nənəsi hirsləndi:
- Sən bilə-bilə ki, qaz filankəsindi, yenə də yumurtanı götürüb evə gətirmisən? - Bu oğurluq deyil, bəs nədi?!
- Yiyəsi orda yox idi ki... - deyə Teymur mızıldandı.
Nənəsi onun
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3