Meyxoş Abdullah. Qaz yumurtası
söz güləşdirməsinə dözə bilməyib, qəti şəkildə dedi:
- Bu dəqiqə yumurtanı aparıb verirsən yiyəsinə, sonra da çıxıb gəlirsən. Yoxsa, atana deyəcəyəm hamısını. O, da “pişiyini çıxardar ağaca” sənin.
Teymur nənəsinin xasiyyətini yaxşı bilirdi. Bilirdi ki, o, sözü adama bir dəfə deyir. Odur ki, könülsüz ayağa qalxdı və yumurtanı da götürüb Şəfiqə arvadgilə yollandı.
Hava qaralmışdı. Şəfiqə arvad həyətdə qazları hinə salırdı. Teymur elə darvazanın ağzındaca onu səslədi.
Şəfiqə arvad dönüb baxanda, qonşu uşağını gördü. Tez həyət qapısını açaraq, onu içəri çağırdı:
- Gəl, Teymur, gəl, bu gecə vaxtı xeyir ola, a bala?!
- Şəfiqə xala, sizin qazın biri çayın qırağında yumurtlamışdı, onu gətirmişəm, - deyə Teymur, cibindən çıxartdığı qaz yumurtasını ona uzatdı.
Şəfiqə arvad, qaz yumurtasını alıb baxdı, sonra nə fikirləşdisə, yumurtanı Teymurun pencəyinin cibinə qoyub, gülə- gülə dedi:
- Bunu sənə xalan pay verir, oğlum, apar nənən bişirsin, sən də yeginən.
Teymur altdan yuxarı Şəfiqə arvada baxıb dilləndi:
- Bişirirdim də, nənəm qoydu ki!- deyə o, ötkəmlik etdi. Sonra nə fikirləşdisə, başını aşağı salıb dediyi sözdən utandı.
- Get, ağıllı balam, - deyə Şəfiqə arvad, məsələnin nə yerdə olduğunu anlayıb, qımışdı.
Teymur yol boyu öz- özünə fikirləşdi:
- Görəsən, bunun fərqi nədir, yumurtanı əvvəl bişirmiş, ya sonra bişirmiş?!
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3