Nurlana İşıq. Ağquyruq və Şən

neçə ay sonra it aqressivləşməyə başlamışdı, toyuq- cücə onu görən kimi budaqlara qonurdular, Ağquyruq da onu yaxına buraxmırdı.

Günlərin bir günü xoruz qəmli- qəmli banladı. O, məhlənin ortasında ağzını açıb, quyruğunu yelləyən itə tərəf baxır, qırtlağından qəribə səslər çıxarırdı. Şənin gözləri alışıb- yanırdı. Uğurun atası gəlib toyuqları açan kimi pərən- pərən düşdülər. Həyətdə bir çığırışma qopdu ki, ağaclar yarpaqlarını tökdülər, qızılgüllər tikanlarını dikəltdilər. Koker qulaqlarını ata- ata durmadan toyuq- cücənin üstünə cumurdu. Əvvəlcə Uğur elə bildi ki, it onlarla oynamaq istəyir. Sonra qara fərəni divardakı iki daşın arasına qısnayan görüb itə acıqlandı. İt əl çəkmirdi, toyuq isə çırpınırdı. Uğurun atası itin başından yapışıb, onun ağzını quşun belindən ayırdı. Yazıq quşun tükləri havada uçuşdu. Oğlan Şəni danlayıb dama bağladı, nəhayət, bayaqdan çığır – bağır salan toyuqlar rahat nəfəs aldılar. Xoruz isə hələ də həyəcanla qaqqıldayır, arabir də diqqətlə ətrafı müşahidə edirdi. Həmin gecə dama qapadılan it səhərə qədər qurd kimi uladı.

Səhər Uğur onu açdı ki, gəzməyə aparsın. Suyunu dəyişmək üçün alma ağacının altındakı bulağın yanına gəldi, elə təzəcə qabı yuyub, içinə su doldururdu ki, bir də gördü toyuq - cücə göydə uçuşur. Əlindəkini yerə tullayıb hinin yanına qaçdı. Uğur dəhşətə gəldi. Şən hasarın dibində ağzı - burnu qan içində idi: xoruzun belindən dişləmişdi. Ata bu mənzərəni görüb oğluna baxmamağını söylədi.Oğlan gözləri dolmuş, pərt olmuş halda evə tərəf getdi. Həmin gün ata iti qəfəsə qoyub heyvan otelinə təhvil verdi. Uğur bir neçə gün evdən eşiyə çıxmadı. Ancaq ata xoruzu vaxtında veterinara çatdırmışdı. Səhər oğlan köhnə

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az