Həyat yoldaşımın sakit təbiətIi birisi olması onda ən sevdiyim cəhət idi. Evliliyimizin ilk illəri bir çoxlarının qibtə edəcəyi qədər gözəl və xoş bir şəkildə keçmişdi.
Ancaq iki illik nişan və beş illik evlilikdən sonra bu sakitlik məni yormağa başladı. Bir vaxtlar çox sevdiyim həyat yoldaşımın bu xüsusiyyəti indi mənim ürəyimcə deyildi.
Münasibətə gəlincə, mən çox yeniliksevər və xəyalpərəst, hətta son dərəcə həssas bir qadındım. Şirniyyat istəyən balaca uşaq kimi romantik anlara can atırdım.Monoton bir münasibət məni bir yerdən sonra yorurdu. Yoldaşımın sakitliyi, başqa sözlə desək, sonrakı illərdə romantik olmaması səbəbindən aramızdakı münasibət soyuq idi. Onun məni sevdiyinə şüphəm yox idi, sadəcə istədiyim sevgisini göstərməsi və sevdiyini hiss etməyim idi.
Nəhayət, qərarımı ona da bildirdim: boşanmaq istəyirdim. Doğrusu, bu, onun üçün gözlənilməz idi. Ona görə də təəccüb dolu bir ifadə ilə: “Niyə?” – deyə soruşdu.
Mən də: “Əslində bir səbəb yoxdur. Sadəcə olaraq, yorulmuşam”, – deyə cavab verdim...
Bütün gecəni bir kəlmə də danışmadı. Çox güman ki, düşünürdü. Onun bu “səssizliyi” isə ümidsizliyimi daha da artırırdı. Bəli, mən hisslərini belə ifadə etməkdə aciz olan adamla evlənmişdim. Xeyli düşünəndən sonra nəhayət: “Səni öz qərarından döndərmək üçün nə edə bilərəm?” – deyə soruşdu. Artıq son ümidlərim də yox olmaq üzrə idi. “Əslində əsas məsələ də elə budur. Öz sualının cavabını özün tapa bilsən, qərarımdan dönə bilərəm”, – dedim və sonra da əlavə etdim: “Deyək ki, bir uçurumun kənarında bir çiçək var. O çiçəyi dərmək sənə əllərini, ayaqlarını, gözlərini itirmək bahasına başa gəlir. O çiçəyi mənim üçün dərə bilərsənmi?” Diqqətlə üzümə baxdı
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2