və: “Sənə bunun cavabını sabah verəcəyəm”, – dedi. Bu cavabdan sonra son ümidlərim də yox oldu...
Ertəsi gün yuxudan oyananda evdə yox idi. Mətbəx masasının üzərində boş bir süd şüşəsi, altında isə öz əli ilə yazdığı bir məktub var idi. Məktub “Əzizim!” sözü ilə başlayırdı…
Ətraflı
“Əzizim! O çiçəyi sənin üçün dərməzdim. Çünki hər dəfə komputerinin “altını üstünə çevirib” monitorun qarşısında ağlayanda, onu düzəltmək üçün əllərimə ehtiyacım var…
Hər dəfə açarlarını evdə unudub qapının ağzında qalanda, evə tez çatmaq üçün ayaqlarıma ehtiyacım var…
Hər dəfə maşınınla yolunu azıb kömək istəyəndə, sənə yol göstərmək üçün gözlərimə ehtiyacım var…
Hər dəfə evə yorğun gələndə yorğunluğunu unutdurmaq üçün dilimə ehtiyacım var…
Əgər bütün bunlardan sonra hələ də səni məndən çox sevən biri varsa, o uçuruma gedib, o çiçəyi sənin üçün dərə bilərəm...”
Artıq göz yaşlarımı saxlaya bilmirdim. Nəhayət, məktubun son cümləsinə çatdım… “Əgər məktubu oxuyub qurtardınsa və bu cavabımdan razı qaldınsa, qapını aç. Səni çox sevdiyin küncütlü çörək və təzə südlə qapının ağzında gözləyirəm...”
Tez qaçıb qapını açdım. Doğrudan da, əlində küncütlü çörək və bir şüşə təzə süd var idi. Həyəcandan isə üzü qıpqırmızı olmuşdu. Artıq sözə ehtiyac yox idi. Mən də o gündən o çiçəyi o uçurumun kənarında “saxlamağı” qərara aldım...
İlk illər yaşadığımız həyəcanlar sonralar yox olub gedə bilər. Halbuki məhəbbət həmişə var. Bəlkə, bir az həyəcansız, bəlkə, bir az qeyri – romantik… Bəlkə, bir az cansıxıcı, bəlkə, bir az monoton...
Ancaq yenə də var. Yetər ki, biz onu görməyi bacaraq.
HƏYAT DA ƏSLİNDƏ BU DEYILMİ?
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2