2004-2005-də Kosovada
2004-2005-də Kosovada yaşayırdıq. (Albanlar məhz "Kosova" deyirlər) Oğlum Priştina Beynəlxalq Məktəbinə gedirdi. Məktəb türklərin idi.
Bir gün dizə qədər qar yağmışdı. Həmişəki kimi, uşağı məktəbə yola salmaq üçün tezdən durdum, həyətə çıxdım, gördüm bir nəfər pilləkənin qarını kürüyür. Kim olduğunu, niyə bizim pilləkənin qarını təmizlədiyini soruşdum. Dedi: "Məktəbin müəllimiyəm...
Kolxoz sədrinə Bakıdan zəng gəlir:
Kolxoz sədrinə Bakıdan zəng gəlir:
-"Kommunist" qəzetinin jurnalistiyəm. Sizdə qabaqcıl bir pambıqçı xanım var, sabah gələcəm sizin kəndə, istəyirəm o xanım mənə müsahibə versin.
Kolxoz sədri tez qabaqcıl pambıqçını yanına çağırır:
-Bakıdan gələcəklər, sən nəsə verməlisən.
-Nə verməliyəm, yoldaş sədr?!
-Vallah, anlamdım, amma hər ehtimala, sabah çimib gələrsən.
Lətifəsi hamıdan uza...
Acıdil bir qohumum var,
Acıdil bir qohumum var, Mərdəkandakı villalardan birində ayı 600 manata bağban işləyirdi. Villa yiyəsi ilə dilləşib, o da qohumu işdən qovub. Məni çayxanaya məsləhətə çağırıb. [Məsləhət olmasın, belə söhbətlərdə vaxta qənaət eləmək üçün gərək çılpaq suallar verəsən]
-- Niyə dilləşmisən?
-- Ə, biqeyrətin biri idi, ağzımdan çıxanı dedim, çıxdım.
-- Biqeyrət? Neyləyirdi ki? Evə ayrı arvad gətirir...
Bu iki mahnının bəzi misralarını ən
Bu iki mahnının bəzi misralarını ən məşhur müğənnilər belə düzgün oxumur:
1. “Qarabağın maralı”
Belə oxuyurlar:
...
Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə
Aldın səbri-QƏRARIMI,
Qarabağın maralı.
Düzgün oxunuş belə olmalıdı:
...
Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə
Aldın səbri-QARALI(mı),
Qarabağın maralı.
Qarabağda “kəsdin/aldın qaralımı”, “qaralım kəsildi” deyirlər.
...
Təbrizdən dostumun dostunun oğlu
Təbrizdən dostumun dostunun oğlu gəlib, bizə düşüb.
Gəncəli ailə Təbrizə müalicəyə gedibmiş, qızlarını da aparıbmışlar. Bu uşaq da taksi sürürmüş, orda qıza vurulub.
--Baba, Gəncəyə gedəcəm, o qızın ata-anası ilə danışacam... Əvlənmək istəyirəm.
--Qızın özünə bir söz demisən?
--Yox, deməmişəm, bir dəfə Təbrizdə gördüm, söydüm.
--Söydün? Niyə soyürdün?
--Baba, məndən asılı olmadı... ürəkdən ...
İngilis: Kişiyə olarsa, qadına
İngilis: Kişiyə olarsa, qadına da olar
Alman: Qadına olmazsa, kişiyə də olmaz
Fransız: Qadın istəsə, kişiyə hər şey olar
Holland: Kişi istəsə, lap qadın da olar
Ərəb: Kişiyə olar, qadınlara olmaz.
Rus: Olar!
Yapon: Kisi kisidisə, qadına hər sey olar
Türk: Qadın olmasa, kişiyə hər şey olar.
Qonşum xanımını döyür.
Qonşum xanımını döyür. "Döyür" zəif sözdü, "çırpır", "budayır", "çiləyir" desəm, daha düz olar...
Narahatıq.
--Neyləyək? - çaşqınlıqla uşaqlara baxıram.
--Ata, polisə zəng edək! - hər ikisi deyir.
--Bizim işimizə qalmayıb, özləri bilər, - xanımım etiraz eləyir.
Mən də polisə zəng etməyin tərəfdarı deyiləm, amma nəsə də etmək lazımdı. Qonşunu yaxşı tanı...
Təhsil naziri üçüncü dəfə
Təhsil naziri üçüncü dəfə “Çto? Qde? Koqda?”-da suala səhv cavab verəndən, Nəqliyyat naziri dördüncü dəfə sürücülük imtahanından kəsiləndən, Xarici İşlər naziri beşinci əncəbi diplomatla dalaşandan, Yüksək Texnologiyalar nazirinin əlində altıncı Samsung partlayandan, yeddi deputat quş qripinə yoluxandan... sonra Məmmədhəsən kişi tutduğu qızıl balığı tumarlayib suya buraxdı.
Telefona zəng gəlir.
Telefona zəng gəlir.
--Filankəsdi?
--Hə, buyurun.
--Sizin işin istiqaməti nədi?
--Kimdi danışan?
--Vergilər nazirliyindəndi.
--Zəng eləyəndə özünüzü təqdim etməlisiniz.
-- ...(susur)
-- Hə, işimin istiqaməti... Məsləhətçi işləyirəm.
-- Nə məsləhətçi? Kimə məsləhət verirsiniz?
--- Kimi tutdum, ona.
--- ... (tormozlanır)
-- Xeyriyyə layihələri yazıram.
-- Müqavilə üzrə?
-- Hə, əlbəttə...
Kərkük.
Kərkük.
Təhlükəsizlik meneceri kürkümüzə elə birə salıb, yoldan keçən maşının təkəri partlayan kimi məndən başqa hamı uzandı drenaj kanalına. [Mən əjdaha döyüləm, sadəcə, çatdırmadım].
İşdən sonra şəhərdə “yarım” axtarırıq. Tapa bilməsək, məcburuq türkmən qardaşlarla “Ninnə yarım” oxuyaq.