Kişi sözü
Noğulla Şəkər məktəbə gedirdilər. Noğul dedi:
- Kimsə mənim rəsm dəftərimdəki şəkilləri cırıb. Əlimə düşsə, saçlarımı yolacam.
Şəkər susdu.
Onlar uca bir çinarın altında dayandılar. Bir sincab budaqdan-budağa tullanırdı.
- Bəlkə Sincab bilir?
- Nəyi?
- Sənin rəsm dəftərini cıran adamı. Qoy onu çağıraq.
Noğul dedi:
- Sincab, ay Sincab!
Sincab budaqdan-budağa tullanmağında...
Aysu və Cansu
Aysu və Cansu rəfiqə idilər. Onlar rəqqasə olmaq istəyirdilər. Buna görə də rəqs dərnəyinə yazıldılar.
Birinci məşğələdən çıxıb evlərinə qayıdanda Aysu dedi:
- Mən daha məşqə gəlməyəcəyəm.
- Niyə? - deyə Cansu heyrətləndi.
- Yox, məndən rəqqasə olmaz. Ayaqlarımı düz ata bilmirəm. Elə hey büdrəyirəm. - O, qollarını və ayaqlarını göstərib əlavə etdi:
- Bir bax, qollarım və ayaqlarım y...
Noğulun hesab dəftəri
Noğul tut ağacının altında əyləşib hesab dəftərinə nə isə yazırdı. Ağacdan bir tut dənəsi düşdü. Cücə onun üstünə cumdu. Amma bir xoruz daha cəld tərpəndi. Tut dənəsini yedi. Cücə bir dəfə "Cipp" eləməklə kifayətləndi.
Sonra yenə bir tut düşdü. Başqa bir xoruz hamını qabaqladı. Cücə yenə də "Cipp" elədi.
Külək əsdi. Budaqdan xeyli tut töküldü. Cücə hər tuta bir dəfə "...
Xeyirxah oğlan
Şəkərabad şəhərinin II sinif şagirdi Noğul hovuza yıxılan körpə uşağı xilas etmişdi. Hamı onun qoçaqlığından danışırdı. Şəkər Qoğala deyirdi:
- O, həm igiddir, həm də çox istedadlı oğlandır.
Qoğal qaşqabağını sallamışdı. Dodağının altında mızıldanıb deyirdi:
- Onun nə istedadı var ki? Sən istedad görməmisən.
Zəng vuruldu. Dərs yenicə başlamışdı ki, arxadan ağacdələnin səsi gəldi:
...
Adil məktəbə gedir
Qonşu otaqdan nənənin səsi eşidildi:
- Adil!
Səs eşidilən kimi otaqda şanapipik cani-dildən ağacları döyəcləməyə başladı:
-Tuqq, tuqq, tuqq, tuqq.
Yox, bu ağacdələn deyildi, Adil idi. Nənənin səsini eşidən kimi qonşu otağa qaçdı.
- Tez çantanı hazırla, məktəbə gecikirik.
Bu dəfə deyəsən ovçu tüfəngi dalbadal açıldı.
Part, part, part!..
Yox, otaqda ovçu nə gəzirdi. O, Adil...
Pəri və Miri
Ananın bətninə iki uşaq düşmüşdü. Birinin adı Pəri, o birinin adı Miri idi. Miri çox narahat uşaq idi. Ananın bətnində Pərini bir küncə sıxışdırır və daim mızıldanırdı.
- Qırağa çəkil, mənim yerim dardır.
Yazıq Pəri nə qədər kənara çəkilirdisə, Miri narazı qalırdı.
Gün keçdi, ay dolandı, Miri ilə Pəri anadan doğuldular. Əvvəl Miri, sonra Pəri dünyaya gəldi.
Miri dedi:
- Mən böyük q...
Ayı və armud
Meşədə hayqırtı eşidildi.
- Uuuu, -aaaa.
Qalın yarpaqların arasında gizlənən armud qorxudan titrədi:
- Ayı mənim iyimi alıb. Bu saat ağaca dırmaşacaq.
Birdən ağlamağa oxşayan zarıltı eşidildi:
- Uyyy.
Armud fikirləşdi:
- Qaranlıqda ayağının altını görməyib. Kirpinin iynələri pəncəsinə batıb.
Sonra sakit bir uğultu səsi gəldi:
- Uğğğ.
- Aha, ağaca dırmaşıb.
- Uğğğ...
Qarğaların dostluğu
İki qara qarğa çəmənlikdə dənlənirdi. Onların yanına bir ala qarğa qondu.
Ala qarğa dedi:
- Gəlin, dost olaq.
Qara qarğalar sevincdən qarıldaşdılar.
Birdən çəmənliyə iri bir çörək parçası düşdü. Ala qarğa çörəyi götürüb başqa bir çəmənliyə uçdu. O, çörəyi yeyib qurtarandan sonra dostlarının yanına qayıtdı.
Qara qarğalar daha qarıldaşmadılar.
Coşqun Xəliloğlu. Yeraltı keçid
Məktəbimizin yaxınlığında yeraltı piyada keçidi var. Həmişə oradan keçib dərsə gedirəm. Amma sinif yoldaşlarımın bəzisi heç vaxt yeraltı keçiddən istifadə etmir. Soruşanda da deyirlər ki, məktəbə gecikirik. Yüyürə-yüyürə yolun bu üzündən o üzünə keçirlər. Nə maşınların siqnal səsinə, nə də sürücülərin qışqırığına məhəl qoyurlar. Onları bir neçə dəfə yol polisləri saxlayıb, başa salmağa çalışsalar...
Meyxoş Abdullah. Saçaqlı konfet
Balaca Nurtacın atası zabit idi, orduda xidmət edirdi. Onlar hərbi hissənin həyətindəki beşmərtəbəli binada yaşayırdılar. Nurtac evin tək övladı idi. Ağıllı və şirin bir qız olduğuna görə, ata-anası onu çox istəyirdilər.
Hər gün atası işdən evə dönəndə qızı Nurtac üçün hədiyyə alıb gətirərdi. Hədiyyələr müxtəlif cür olurdu; - gəlincik, şar, kiçik əl dəsmalı, çox vaxt da şirniyyat. Nurtac şirn...