2004-2005-də Kosovada yaşayırdıq. (Albanlar məhz "Kosova" deyirlər) Oğlum Priştina Beynəlxalq Məktəbinə gedirdi. Məktəb türklərin idi.
Bir gün dizə qədər qar yağmışdı. Həmişəki kimi, uşağı məktəbə yola salmaq üçün tezdən durdum, həyətə çıxdım, gördüm bir nəfər pilləkənin qarını kürüyür. Kim olduğunu, niyə bizim pilləkənin qarını təmizlədiyini soruşdum. Dedi: "Məktəbin müəllimiyəm, qar yağanda, sübhdən gəlib aşağı sinif şagirdlərinin pilləkənini təmizləyirik ki, yıxılmasınlar"
Az qaldım, tutub müəllimin üzündən öpəm. Türklərin gözəgörünməz möhtəşəm 'soft power'i var.
Yüklə: Mətn |
Zip