Aysu və Cansu rəfiqə idilər. Onlar rəqqasə olmaq istəyirdilər. Buna görə də rəqs dərnəyinə yazıldılar.
Birinci məşğələdən çıxıb evlərinə qayıdanda Aysu dedi:
- Mən daha məşqə gəlməyəcəyəm.
- Niyə? - deyə Cansu heyrətləndi.
- Yox, məndən rəqqasə olmaz. Ayaqlarımı düz ata bilmirəm. Elə hey büdrəyirəm. - O, qollarını və ayaqlarını göstərib əlavə etdi:
- Bir bax, qollarım və ayaqlarım yanıma düşür. Elə yorulmuşam ki.
- Bir az səbirli olsan, öyrənərsən. Anam deyir ki, səbir bütün dərdlərin dərmanıdır.
- Yox, fikrim qətidi. Sabah piano dərnəyinə gedəcəm.
Aysu səhərisi piano dərnəyinə getdi.
Cansu isə anasının sözünü unutmadı. Müəllimin hərəkətlərinə diqqət etdi. Yorulmağına fikir vermədi. Dərsdən sonra müəllimin tapşırdığı hərəkətləri dəfələrlə təkrarladı. Doğrudur, hərəkətləri çətinliklə öyrənirdi, çox yorulurdu. Amma hər şeyə dözdü.
Aysu isə piano dərnəyinə də getmədi.
- Barmaqlarım sözümə baxmır. "Do" vururam, "re" çıxır, - dedi.
- Eybi yoxdur, öyrənərsən, - deyə Cansu rəfiqəsinə ürək-dirək verdi. Aysu dedi:
- Yaxşısı budur mən rəsm dərnəyinə yazılım. Orda hər şey özümdən asılı olacaq. Nə istəsəm, çəkə biləcəyəm. Rəssamlıq da pis sənət deyil.
Dostlar bir müddət ayrı düşdülər. Dərnəkləri müxtəlif gündə olduğu üçün bir-birini görə bilmirdilər.
Bir neçə aydan sonra məktəbdə konsert oldu. Aysu ilə Cansu görüşdülər. Cansu soruşdu:
- Rəssam ola bildinmi?
- Məndə rəssamlıq istedadı yox imiş, - Aysu dilləndi.
Konsertin aparıcısının səsi onların söhbətini yarımçıq qoydu. Aparıcı Cansunu səhnəyə çağırdı. Musiqi çalınan kimi qız oynamağa başladı. O, elə gözəl oynayırdı ki, elə bil nəhəng bir kəpənək süzürdü. Bədənini məharətlə oynadır,
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2