Meyxoş Abdullah. Qaz yumurtası

Qış aylarıydı. Külək göydəki topa- topa buludları hara gəldi qovurdu. Havaların belə sərt və küləkli keçməsindən bilmək olurdu ki, tezliklə qar yağacaqdır. Belə günlərin birində, Teymur qoyunları çayın kənarındakı şamçada otarırdı. Qoyunlar, şaxta vurub yerə tökmüş yarpaqları acgözlülüklə gəvələyirdilər.

Teymur əyninə dədəsinin iri, qalın sırıqlısını keçirərək, qoyunlardan bir az aralıdakı balaca təpənin üstündə oturmuşdu. Başına qoyduğu yekə, tüklü papağının altından onun xırdaca, yumru sifəti güclə görünürdü. Qış tətilinə buraxıldığı üçün nənəsi qoyunları onun qabağına qatmışdı ki, dədəsi heç olmasa bir neçə günlüyə evdə oturub dincəlsin. Onsuz da məktəb vaxtı çöl-bayır işləri kişinin boynuna düşərdi.

Qışda tətil vaxtı qar yağmayanda da, Teymurun qanı bərk qaralardı. Çünki qar olanda o, qoyun- quzunu tövləyə salıb, səhərdən axşamacan öz işində olardı. Gah ot tayasının qabağında, dədəsinin onun üçün at tükündən toxuduğu cələni qurub sığırçından, torağayıdan tutar, gah da özünü evə verib peçin üstündə buğdadan, noxuddan qovurub yeyərdi. Xülasə, qar yağanda onun kefi “fıştırıq çalardı”. Amma indi neynəsin, nə qədər ki, qar yağmayıb, demək o, sevimli əyləncələrinə həsrət qalacaqdı...

Teymurun qoyunlarından bir az aralıda, bir dəstə qaz otlayırdı. Bu vaxt qazlardan biri dəstədən ayrılıb, yaxındakı quru gəndalaş çöplərinin arasına girdi və dimdiyi ilə yan-yörəsindəki çör-çöpü altına çəkib oturdu. Qazın ara-sıra yırğalanmasından, onun elə indilərdə yumurtalayacağını ağlına gətirən Teymur, nəzərlərini qazın yatdığı yerdən bir an da olsun ayırmayaraq, pişik kimi ora marıtlayırdı.

Bir azdan qaz yerindən qalxıb, yanlarını basa-basa yatdığı yuvadan uzaqlaşdı. Yuvanın içində

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az