Mir Cəlal. Bostan oğrusu
O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Atıldı, düşdü, çığır-bağır saldı; şəriət yanında, yüzbaşı yanında sözünü eşitmədilər.
Ovladığı bir qazı ətəyinin altında axunda peşkəş apardı. Sən demə, Kərbəlayı Tapdıq da axunda ağzında bir qızıl onluq göstəribmiş. Bağ davası başlananda axund istiot kimi tündləşdi. Kərbəlayı Tapdığın sözünü təsdiqlədi. Durmuşun üstünə qışqırdı:
- Qaz boynu kimi boynunu uzatma! Kişi ağzında qızıl kimi söz danışır!
Durmuş başını aşağı salıb dedi:
- Eybi yoxdur! Qoy böyük qardaş bağa yiyələnsin, can sağ olar, mən də o xali yerin torpağını qızıla döndərərəm. Heç eybi yoxdur!.. Durmuş doğrudan da dediyini edirdi. Qanqallı, tikanlı, sarmaşıqlı yerin torpağını atım-atım edib, un kimi elədi. Yaxşıca arx çəkdi, su çıxartdı. Yerin ərafına iki cərgə meyvə ağacı əkdi. Yeri isə hər il dirlik bostan edib, çoxlu mənfəət götürürdü. Səliqə ilə əkilmiş, taxtalanmış bostan yaz vaxtı Quba xalçasına bənzəyirdi. Yaşıl, cavan alma, armud, ərik, əncir ağacları saçaq kimi sallanıb sıxlaşırdı.
Durmuşun bostandan dəsmal-dəsmal pul götürməyi, hələ bağ salmaq fikrinə düşməməyi Kərbəlayı Tapdığı narahat edirdi. Fikrinə gəlirdi ki: "Bu gədə məni ötəcək, mənim var-dövlətim yalan olacaq..."
Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi. Durmuşa badalaq qurmağa çalışırdı.
Son zamanlarda gözünü onun yemişlərinə dikmişdi. Dəfələrlə gündüzlər kiçik qardaşının bostanına keçib "əhvalpürsanlıq" bəhanəsi ilə yemişləri belləmişdi. İki-üç kisə yemiş "daş-baş" eləyib satdırmaq, bostanın xeyrindən "feyziyab" olmaq iştahasında idi".
Gündüzdən nökəri öyrətmişdi ki, kisə götürüb, bağa gəlsin.
Yemiş tağları göyləri əmib, yerləri sormuş, ərköyün oğlan
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10