Mir Cəlal. Bostan oğrusu

üçün yerindən boylandı. Yemiş tağları gözünə bir təhər gəldi. Diqqət edəndə şübhəsi artdı. Yerindən sıçradı. Şalvarı dizinə çəkib yüyürdü.


Yanılmırdı, bellədiyi Carco yemişlərindən biri də qalmamışdı. Ləklər ələk-vələk edilmişdi. Tağlar güllələnmiş igid kimi üzü üstə sərilmişdi. Gözünə inanmadı. Bir də yoxladı, əli ilə tağları çevirdi, ayağı ilə torpağı eşələdi. Onun arasına baxdı.
- Yox, - dedi, - bostanı pozublar!


Yoldan ötənlərdən şübhələndi. Yol üstünə qaçdı. Orada gülə-gülə araba sürən və at üstündə qucağına quzu alıb aparan kəndlilərdən başqa kimsəni görmədi. Qayıtdı. Tapdığa xəbər vermək üçün ləkin qırağında səsləndi:
- Dadaş, ay Kərbəlayı dadaş, hey!..
Onun səsini eşidən kimi Tapdığın dodaqlarında təbəssüm oynadı: "Hə, - dedi, - dostumun canına isti keçir ha!.. - O yenə eşitməməzliyə vurub qalxmadı. - Qoy lap özü gəlsin, çağırsın".
Durmuş mərzi keçib gəldi. Qardaşını yatan gördükdə qışqırdı:
- Ay dadaş, nə yatmısan, evimi yıxıblar, dur görək bu nə işdir!


Tapdığı bostana apardı. Ayaqlanan ləkləri, pozulan tağları bir-bir göstərib, yana-yana dedi:
- Gör, bir gör! Gör namərd oğlu malımı nə günə salıb! Buna bax sən allah! Bu tağların hər birində beş-altı yemiş var idi. Biri bir oğula dəyərdi... Saxlamışdım el dağdan qayıdana. Vay köpək oğlu, toxumluqları da yolubdur. Sənin atan gorbagor olsun! Tapdıq baxırdı, özünü heyrətli göstərməyə çalışaraq dedi - Heyif! Heyif zəhmətinə!.. Ay canım, səndə də günah var axı!


Bostanda yatmısan, niyə ayıq olmursan? Bilmirsən ki, oğrular gözdən tük çəkirlər? Mən o üzümü güc-bəla ilə saxlamışam. Gecələr yuxunu özümə haram eləmişəm.
Boğazını biçən kədərinə baxmayaraq Durmuş Tapdığın "üzümü gücbəla ilə

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az