Mir Cəlal. Bostan oğrusu
saxlamışam" sözünə içində istehza ilə güldü, öz-özünə dedi: "Ay saxladın ha!.."
Tapdıq qardaşına təsəlli vərməyə çalışdı:
- Eybi yoxdur, canın sağ olsun!..
- Heç sağ olmasın belə can ki, əməyinin məhsulunu itə-qurda verəcək...
- Eybi yoxdur. Oğru elə həmişə oğrudur. Sən yenə əkəcəksən, yemiş yiyəsi olacaqsan. Amma oğru...
Durmuş onun cümləsini bitirməyə macal vermədi:
- Oğrunun namusu əllərdə qalsın!.. Axı buna zəhmət çəkmişəm, əlim qabar olub bel vurmaqdan. Xalqlar kimi muzdura, əmələyə əkdirməmişəm. Hər yemişə bir gecə yuxusuz qalmışam axı!..
Burada Kərbəlayı Tapdıq diksindi.
Bayaqdan bəri atası, anası söyülürdü. Buna dözürdü, çünki qardaşıdır, söyürsə də, yarısı özünə gedir. Durmuş ağzını açıb, arvad söyüşü söyəndə kişinin namus damarı dimdik durdu, üzü qızardı, dodağı pörtdü, gözü bulandı, bəbəklərində, deyəsən, ildırım çaxdı. Durmuş isə bir də təkrar etdi:
- Oğrunun namusu əllərə düşsün! Demirmi ki, bunun yiyəsi var?!
Kərbəlayı Tapdıq qırx yeddi yaşa çatmışdı, heç vaxt belə üzüyuxarı namus söyüşü eşitməmişdi. Qan başına vurdu, ürəyinə alov doldu. Əlini xəncərin dəstəsinə atıb, qınından siyirmək istəyəndə, bir də qaşlarını çatıb fıkirləşdi: "Yaxşı, vursam, deyəcək: "Oho! Oğru sənsən ki!.." Yox, açıb ağartmaq lazım deyil..." Boğulmuş bir səslə dedi:
- Nə lazım yemişdən ötrü namusa söyürsən? Yaxşı deyil! Eşidən olar...
Durmuş gözünü pozulmuş ləklərdən ayırmadan bir az da hirslənib, özündən çıxdı:
- Necə yaxşı deyil! Mənim malımı yeyəni söyərəm də, o yana da keçərəm. Bu nə sözdür?
Bu sözlər kürədə qızardılmış kömür kimi bir-bir Tapdığın ürəyinə dəyir, onu yandırıb yaxırdı. Ayrı vaxt olsaydı, Kərbəlayı Tapdıq ölüb-öldürməklə cavab
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10