Coşqun Xəliloğlu. Yeraltı keçid
Məktəbimizin yaxınlığında yeraltı piyada keçidi var. Həmişə oradan keçib dərsə gedirəm. Amma sinif yoldaşlarımın bəzisi heç vaxt yeraltı keçiddən istifadə etmir. Soruşanda da deyirlər ki, məktəbə gecikirik. Yüyürə-yüyürə yolun bu üzündən o üzünə keçirlər. Nə maşınların siqnal səsinə, nə də sürücülərin qışqırığına məhəl qoyurlar. Onları bir neçə dəfə yol polisləri saxlayıb, başa salmağa çalışsalar da, heç nə dəyişilməyib.
Bir gün məktəbə gedəndə Mürvətlə Cəlilə rast gəldim. Mürvət:
-Sən, hələ də yeraltından keçirsən?
-Nə vaxt böyüsə Ceyhun da bizim yolla gedəcək, - Cəlil mənim yerimə cavab verdi.
-Mən sadəcə qaydalara əməl edirəm.
-Qaydaya əməl edənə bax, -Mürvətin rişxəndinə Cəlil dişini ağartdı.
Ayrıldıq...
Məktəbin qarşısında xeyli adam toplanmışdı. Yaxınlaşanda Cəlilin axsadığını gördüm. Sən demə, yolu yüyürərək keçərkən ayağı səkinin tininə dəyib, yıxılıb. Deyəsən ayağı çıxmışdı. Bir azdan camaatın arasında iki yol polisi göründü. Onlar nəsə yazdılar. Çox keçmədən direktorumuz Elşad müəllim də gəldi. Onlar söhbət etməyə başladılar. Zəng vuruldu, biz sinfə tələsdik.
Bir həftə sonra sonuncu dərsdə müəllimimiz dedi ki, bu gün yol polisi əməkdaşları ilə görüşümüz olacaq.
Məktəbin böyük iclas zalı ağzına kimi doluydu. Qonaqlarımızı görən kim tanıdım. Cəlil yıxılan günü gördüyüm polislər idi. Direktorumuz sözə başlayaraq qonaqları salamladı, gəlişlərinin məqsədini bildirdi. Onların bizim təhlükəsizliyimiz üçün gecə-gündüz çalışdıqlarını qeyd edərək sözü nisbətən yaşlı görünən polis mayoru Saqif Rüstəmliyə verdi. Rüstəmlinin çıxışının ilk cümləsi ilə iştirakçıları ələ ala bildi. Hamı onu diqqətlə dinləyirdi. O, gah yol hərəkəti
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4