Coşqun Xəliloğlu. Yeraltı keçid
Dostlarım, qohumlarım mənə tez-tez baş çəksələr də, evimiz, məhləmiz, məktəbimiz üçün çox darıxırdım. Bir gün atam mənə “Azərbaycan nağılları” kitabını gətirdi. Doğrusu əvvəllər bədii kitab oxumağı çox da sevməzdim. Amma bu kitab mənə o qədər maraqlı göründü ki... Beynimdəki çox suallara cavab tapdım. Sonra daha bir kitab oxudum. Gündən-günə kitablara marağım artmağa başladı. El məsəli var, – yanlış da bir naxışdır. Xəstəxanada düşünmək üçün çox vaxt olur. Məktəbdə, evdə, yolda etdiyim hər bir hərəkəti – düz və ya səhv düşünür, götür-qoy edirdim. Kiçik bir səhvimin acısını yaşadığımı başa düşürdüm. Üstəlik, ata-anamın, keçirdikləri iztirabları sözlə ifadə etmək mümkün deyildi. Hələ onsuz da kasıb olan ailəmizin maddi çətinliklərini artırdığıma görə çəkdiyim xəcalət hissini demirəm.
Özümə söz vermişdim ki, sağalım, tamam dəyişəcəm. Düzdür, xəstəxanadan çıxanda başa düşdüm ki, 7 illik dostlarımdan tamam ayrılacağam. Pis olsam da, yeni sinif yoldaşlarımla uyğunlaşa bildim. Çox çalışırdım ki, uşaqlardan geri qalmayım. Doqquzuncu sinifdə qərara aldım ki mütləq yol polisi olmalıyam.
Orta məktəbi əla qiymətlərlə bitirdim və Polis Akademiyasına qəbul olundum. On dörd ildir ki, işləyirəm, peşəmi çox sevirəm. İstəyirəm ki, səhərlər evindən çıxan hər kəs evinə sağ-salamat qayıtsın...
Uşaqlar, sözümü bitirməmiş sizə yenə bir sualım var:
-Mənim söhbətimdən sonra yenə də yol-hərəkət qaydalarına əməl etməyən, yeraltı, yaxud yerüstü piyada keçidlərdən istifadə etməyən olacaqmı?
Heç kim əlini qaldırmadı. Birdən Cəlilin ayağa qalxdığını gördük.
-Müəllim, olar?
-Buyur, Cəlil, -Elşən müəllimin səsini eşitdik.
-Mən söz verirəm ki, bir də qadağan olan yerlərdən keçməyəcəyəm. Kimsə də
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4