Çəkməçi və tək ayaqlı uşaq

Köhnə ayaqqabını kim alar?Özü də bir tay.

–Həqiqətən uşaqsan ki, uşaq. Əntiq əşyalar haqqında heç nə bilmirsən demək… Antikvar nə qədər köhnədirsə, bir o qədər bahalıdır. Ona görə də sənin ayaqqabın mənim fikrimcə ən azı 30–40 manat edər.

–Həyəcan və sevincdən balaca uşaq nə deyəcəyini bilmədi. Sanki özünü yuxudaymış kimi hiss edirdi. Bu gün onun üçün həyatının ən unudulmaz günlərindən biri idi.

Çəkməçi soruşdu:
– Üstəlik, sən məktəblisən, elə deyilmi?

– Hə, 7–ci sinifə gedirəm!.. – deyə oğlan həyəcanla söylədi.

–Nə gözəl. Yeni dərs ilinə bu çəkməylə başlayarsan. Ancaq mənə bir söz verməlisən.

Daha da həyəcanlanan uşaq soruşdu:
–Nə sözü?

– Çəkməçi mülayim bir tərzdəcə dedi:
–Dərslərini bundan sonra daha yaxşı oxuyacaqsan.

Uşaq gülümsəyərək:
–Əlbəttə söz verirəm!

–O zaman razılaşdır. Sözündə dursan mən də şad olaram.
Gəl keç ək içəri. Sən köhnəni çıxart mən də təzəni gətirim.

Onlar birgə mağazaya keçdilər
İçəridəki rəflər onun bəyəndiyi modellə dolu idi.. Uşağın sevincli görüb çəkməki də yaman sevinmişdi. Bəlkə də bütün ayyaqqabıları satsaydı heç bu qədər sevinməzdi.
O yeni ayaqqabını gətirdi və qayıdıb uşağı oturtdu və təzə ayaqqabılarını geyindirdi.

Çəkməçi:

– Gör necə yaraşdı! Elə bil üçün hazırlanıb!
–Və çıxardığı köhnəni göstərərək dedi:
Hə Köhnə dostuna da əlvida de. İndiyə qədər bütün yollarda o yoldaşlıq edib sənə.İndi isə yeni yol yolaşın bax bu gözəl çəkmədir.

–Balaca ona sarılıb yanağından öpdü və səmimi bir təbəssümlə təşəkkünü bildirdi.

Ancaq balaca bir tərəfdən sevinirdisə, digər tərəfdən də bir ayağına görə kədərli idi. İçindən kaş ki dedi. Kaş ki hər iki ayağım olaydı və hər

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Mir Cəlal. Bostan oğrusu Mir Cəlal. Dostumun qonaqlığı Mir Cəlal. Müalicə Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az