Mir Cəlal. Heykəl uçulanda

Mənəm-mənəm deyənlərin inanma çox da qovluna! M.Ə.Sabir



Yayın cızlamasında, bulvarın gur yerində su dükanının qabağında adam əlindən keçmək olmurdu. İki nəfər ağxalatlı zirək qız hər ovcunda dörd-beş stəkan siroplu su doldurub peydərpey camaata verirdi. Manatlıqdan, abasılıqdan hərə əlinə gələni yaş nimçəyə atır, su istəyirdi. Pul saymağa hövsələ, macal yox idi. Ucaboy, sarıyanız, həsir papaqlı, döşündən pəhləvanlıq nişanı sallanan bir oğlan adamları kənara itələyib irəli yeridi, suçuya işarə elədi:
- A qız, bəri dur!
Stəkanlara qazlı su, sirop tökən başıaşağı qız etina etmədi.
- Bəri dur demirəm sənə, həyasız!
Oğlan bunu deyib taraş stəkanı qızın başına vurdu. Qız "vay dədə" deyib əli ilə başını tutdu, kürsüyə yıxıldı, fışqıran qan onun əlini, üzünü qırmızıya boyadı. Adamlar həyəcanla bir-birinə dəydilər:
- Bu nə işdir?
- Yazığın günahı nədir?
- Bu xuliqanlıqdır!
- Kimdir o? Niyə yaxalamırsınız cinayətkarı?
Oğlan heç nəyə fıkir vermədən vəhşi heyvan etinasızlığı ilə şüşədən stəkana su töküb qurthaqurt içdi, stəkanı atıb getdi.
Bütün gözlər onun tam yaraşıqlı uca boyuna, vəhşi hərəkətlərinə dikilmişdi, danışmaq, nəsə demək istəyənləri sakitləşdirdilər.
- Sus!
- Bənd olma!
- İş idi düşdü...
- Necə yəni iş, xuliqanı yerinə aparmaq, alnına damğa vurmaq lazımdır.
- Ay hay! Sən də qəribə danışırsan?!
- Nə danışıram, əyri danışıram?
- Axı, qardaş, bilirsən o kimdir? (Cavab gözləmədən, gizli bir sirri açan kimi bərkdən əlavə etdim.) Dünyamaliyevin bacısı oğlu!
Bu sözü eşidəndən sonra danışanlar dinmədi. Qız da səsini kəsdi, ufuldamadı, yanındakılar da ona təsəlli verdi: "Keçib gedər, yayda qan aldırmaq cana xeyirdir, qızım! Qorxma, yaxşı olarsan!"
Dünyamaliyevin, daha

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Cəvahir Tanrıverdi. Göy qurşağı Təyyarə. Ön sırada bir qadının Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın Mir Cəlal. Bostan oğrusu

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az