Mir Cəlal. Heykəl uçulanda
sağa-sola gedir. Camaat toy-bayram eləyir, evlər tikilir, küçələrə asfalt salınır, cərgə ilə ağaclar əkilir, göyərir, işıq dirəkləri ucalır, rəngbərəng maşınlar sürətlə belədən-belə keçir, milislər küçə hərəkətinə nizam verir.
Deyəsən heç bu şəhərdə nə Aşumov, nə də Aşumov nəsli var imiş! Böyük oğlu Nadir küçədə papiros damağında dayanırdı - görsün bunun kefini necə soruşacaqlar, gördü heç bunu görən, saya salan yoxdur. Axırda yanından keçən bir oğlanı tutdu:
- Adə, student, mən Aşumovun oğluyam ey!
Tələbə başa düşmədi:
- Nə istəyirsən, xalaoğlu?
- Deyirəm mən Aşumovun oğluyam.
- Aşumov kimdir?
- Aşumov?!
Nadir az qaldı tələbənin ağzından bir yumruq vura ki, "belə filan, Aşumovu məgər tanımırsan?"
Tələbə onun barmağında sıxdığı papirosuna, qızaran üzünə baxdı, kefli olduğunu güman edib milis çağırdı.
-Yoldaş milis, yoldan keçənə sataşır, bu keflini aparın.
Milis işçisi Nadirin qolundan tutanda Nadirin bütün bədəni gizildədi, zehnindən təəssüflü bir xitab keçdi. "Ey dili qafil, gör nə aləmdir, sən yatmısan, Aşumov kimdir, zad kimdir!"
Nadir milisionerə də özünü tanıtmaq istədi:
- Aşumov mənim papamdır!
- Yeri, yeri, papa-mapa bilmirəm, vətəndaşlara sataşanın on beş sutkası var, yeri!
Nadir bir ətrafına baxıb vurnuxdu, adamların başına vurmağa taraş-taraş stəkan axtardı. Milisioner onun qolundan tutanda oğlanın yadına düşdü ki, yox, indi daha o zaman deyil! Vaxtı ilə gözündə dikələn, böyüyən, parıldayan, rəngbərəng vəzifəli adamlar... Tunc, daş, sement heykəllər gurultu ilə uçulub töküldü, vahiməli bir mənzərə göründü...
Nadir diksinib yuxudan ayılan kimi əllərini yuxan qaldırdı, başını tutdu, güman etdi ki, hamı vahiməyə düşəcəkdir. Qəribə idi, heç bu uçurumdan səs-səmir çıxmadı, deyesən bunlar
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5