Mir Cəlal. Heykəl uçulanda

doğrusu, Dünyamaliyev yoldaşın özünü tanımasam da...
Pis danışdım; Dünyamaliyev yoldaşı yaxşı tanıyıram və bizim rayonda onu tanımayan yoxdur və ola bilməz. Ancaq ki, o məni tanımır, mənim kimi balaca bir adamı elə mənsəb sahibi hardan tanısın və niyə tanısın, xırımxırda adamları tanımağa onda vaxt hanı? Onun nəyinə lazımdır ki, məni tanısın.
Amma bacısı oğlunu mən tanıyıram, tanıyıram deyəndə bir əlaqəm, getgəlim yoxdur. Onun atası bir zaman bizim rayonda qəzet çıxardırdı. Famili də Aşumov idi (əvvəl Haşımov imiş, sonra belə olmuşdu), Dünyamaliyevin gurhagur vaxtında yeznəsi Aşumov da bizim rayon qəzetxanasının böyüyü idi. Düzdü, vəzifəsi qəzetxana müdirliyi idi, amma deyəsən kişi elə bütün rayonun ağası idi.
Qəssabxanadan görərdin bütün bir qoyunu maşına basıb Aşumovun evinə aparırdılar. Xəstəxanadan "Aşumov yoldaşın evinə filan dərmanı göndərin". Teatrda eşidərdik ki, "hələ oyunu başlamayın, Aşumov yoldaş baxacaq, qoy gəlsin". Yollarda görərdik dirək uzadıblar, maşınları buraxmırlar ki, Aşumovun səsdən xoşu gəlmir. Aşumovun uşaqları da bunu bilirdilər. Aşumov budu gəldi, Aşumov odu getdi. Rayonda elə dik gəzərdilər ki, elə bil alçaq dağları bunlar yaradıblar. Aşumov belə Aşumov idi!
Görərdin küçələrdə maşınların ağzı açıldı nə açıldı. "Volqa"sından, "Pobeda"sından tııtmuş rayonda nə maşın var bəzənib yola çıxardı. Birində sazanda, o birində güzgü, bu birində tirmə şal, bu nədir? Aşumovun toyu! Özünün toyu yox ha, oğlunun, ya bacısı oğlunun toyu! Bu dəm-dəsgah hamıya məlum idi.
Adam yox idi ki, Aşumov onun yuxusuna girməsin, canına lərzə salmasın... Bizim rayonun camaatı buna bir növ alışmışdı, dözürdü, amma mərkəzdəki yoldaşlar buna dözmədilər. Gün o gün oldu ki, Aşumovu işdən çıxardılar. Mərkəzdən bir

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az