Meyxoş Abdullah. Saçaqlı konfet

ilə balanın hərəkətlərinə gülən ana deyərdi:
- Gəlin, keçin evə. Bu, taptapmaca oyununuzu evdə davam edin. Səs-küyünüz qonşuları narahat edir, axı.

Bu sözə bəndimiş kimi ata qızının da əlindən tutub otağa keçərdilər.

Son günlər Nurtacın atası Nurlan evə gec-gec gəlirdi. Bəzən evə gəlməyən günləri də olurdu. Anasının narahatçılığından balaca Nurtac bir şey anlamasa da, amma müharibə deyilən xoşagəlməz bir hadisənin baş verdiyini televizordan tez-tez eşidirdi.

Balaca qızçığaz müharibənin nə olduğunu anlamırdı. Başa düşmürdü ki, hamını vahiməyə salan bu müharibə nə deməkdir? Bircə onu anlayırdı ki, müharibə başlayandan sonra, atası ona hədiyyə alıb gətirmirdi. O, bu barədə atasından soruşsa da, atası könülsüz olaraq: - Bağışla, qızım, bu dəfə sənə hədiyyə almağı unutmuşam! - deyərək qızının fikrini yayındırardı.

Artıq, bir həftəyə yaxın idi ki, Nurtacın atası Nurlan evə gəlmirdi. Ana-bala çox narahat idilər. Anası, həyat yoldaşı Nurlanın harada olduğunu bilsə də, bu barədə qızına bir söz demirdi. Istəmirdi ki, qızı narahat olub, atası üçün darıxsın.

Bir gün gecə televizora baxarkən Nurtac atasını televizorda gördü. Döyüşlər gedirdi. Nurtacın atası Nurlan əlində silah od-alovun içində döyüşçülərdən öndə irəliləyirdi. Hər yan qatı tüstü-dumana bürümüşdü. Atılan bombaların səsindən yer-göy lərzəyə gəlirdi. Tanklar, toplar dayanmadan gurultuyla atəş açırdılar. Ətrafda yaralı əsgərlər gözə dəyirdi.
Nurtac bu mənzərəni görəndə qorxaraq anasına sığındı və:
- Ana, atam orada nə edir?! – soruşdu.

Anası qızını onun başa düşəcəyi şəkildə anlatmağa çalışdı:
- Qızım, düşmənlər torpaqlarımızı işğal etmişdilər. Qocaları, uşaqları öldürmüşdülər. Neçə illərdi ki, biz torpaq

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az