Meyxoş Abdullah. Saçaqlı konfet
həsrətiylə yaşayırdıq. İndi atangil o torpaqları düşməndən azad edirlər. Öldürülmüş uşaqların, əsir götürülmüş qız, gəlinlərin intiqamını onlardan alırlar. Sənin atan igid döyüşçüdür, qorxmazdır, mərddir. Onun kimi, gör nə qədər vətən oğlu bu döyüşlərdə qəhrəmanlıqlar göstərirlər?
Anası hər gün qızına atasının igidliyindən danışar, onu darıxmağa qoymazdı.
Amma bunlara baxmayaraq, balaca Nurtac atası üçün bərk darıxırdı. Atası hər gün onun yuxusuna gəlirdi. Bir dəfə atası ona yuxuda saçaqlı konfet də gətirmişdi. Onda Nurtac bərk sevinmişdi.
Bir müddət ötdü. Müharibə, artıq qurtarmışdı. İnsanlar qələbəni bayram edirdilər. Hamı sevincindən deyib, gülür, şənlənirdilər. Döyüşdə qələbə qazanmış igid əsgərlərimiz evə, ailələrinin yanına dönürdülər.
Nurtacın atasından isə hələ bir xəbər yox idi. Anası bərk narahat idi. Nurtac atasının niyə gəlmədiyinin səbəbini soruşanda, anası gözyaşlarını qızından gizlədərək:
- Atamız tezliklə qayıdacaq, ağıllı qızım. Bir az gözləyək, səbr edək.
Nurtac anasının bu sözlərindən sevinərək, tez də əlavə edərdi:
- Anacan, atam mənə hədiyyə də alıb gətirəcək?!
- Əlbəttə, qızım... Heç elə iş olar ki, atan sənə hədiyyə almasın? Mütləq alacaq.
Günlərin bir günü qapının zəngi çalındı. Özü də iki dəfə, əvvəllər olduğu kimi. Elə bil, qapının zəngi oxuyurdu: - “Nur-tac...”
Ana ilə bala ikisi də, tələsik yerlərindən qalxaraq, qapıya tərəf qaçdılar.
Anası qapını açan kimi Nurtac özünü eşiyə atdı.
Qapıda hərbi geyimli, əzəmətli duruşu olan, ucaboylu bir zabit dayanmışdı.
Nurtac əvvəlcə onu tanımadı. Zabitin sir-sifəti, sanki hisə bulaşmış kimi qapqara idi. Üzündə, bir neçə yerdə çalın-çarpaz çapıq yerləri gözə dəyirdi.
Qapıda dayanan zabit
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4