Meyxoş Abdullah. Saçaqlı konfet

qızcığaza baxıb gülümsəyirdi.
Birdən Nurtac qışqırdı:
- Atacan... Sənsən?!.. Gəldin?!..
- Canım qızım, mənəm. Sənin atan! – deyə zabit kövrəldi.

Atası həmişəki kimi bir əlini arxasında gizlətmişdi.
Nurtac sevindi:
- Ata, hədiyyə almısan mənə?!
Ata bir qədər susdu...
- Ata, əlini arxanda gizlətmə, onsuz da, bilirəm də mənə nə almısan. Deyimmi, ata?! – deyə qızı, sevinclə dilləndi.
Ata xəfifcə gülümsədi.
- Sən mənə saçaqlı konfet almısan. Düzdür?!..

Ata dərindən köks ötürdü və kövrəldi. Sonra əyilərək, qızını bağrına basdı.

Birdən, Nurtacın gözləri atasının sarğılı qoluna sataşdı.

Atasının, bayaqdan arxasında gizlətdiyi qolunun biri dirsəkdən aşağı yox idi...

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Mir Cəlal. Bostan oğrusu Mir Cəlal. Dostumun qonaqlığı Mir Cəlal. Müalicə Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az