Mir Cəlal. Müalicə

düyməçəni basdı. Liftin qapısı açıldı. Biz əyləşdik. Lift bizi göyə qaldırdıqca, anam döyükürdü, uca pilləkənləri, dalanları keçə-keçə mərtəbələri ötüb göyə doğru yüksəldiyimizi gördükcə, ehtimal, anama elə gəlirdi ki, "Həzrət İsa kimi qeyb olmağa" gedirik. Anamın rəngi qızarmışdı. Gah sağa, gah sola baxırdı. Hər şeyin yerə çökdüyünü güman etdiyindən vahimələnirdi.
Həkim məni öz kabinetinə apardı, yer göstərdi:
- Əyləş!
Mən oturdum, həkimin kitablarla əhatə olunmuş kabinetı mənə müayinə otağı yox, kitabxana kimi görünürdü. Arxayın, olsaydım, əlimi qəfəslərə atıb kitablara baxardım. İndi isə anamdan başqa heç şey gözümə görünmürdü. Gözüm həkimdə idi. Onun hər hərəkətini izləyirdim. O, əvvəlcə kostyumunu soyundu, köynəyinin boğazını açdı. Əllərini yuyub quruladı, gəlib stolun dalında əyləşdi. Onun belə tələsmədən, adi qayda ilə, sanki müayinəyə yox, istirahətə hazırlaşdığını görəndə, o biri evdə isə qulluqçunun cingildəyən şeylər yuduğunu eşidəndə mən yəqin elədim ki, anamın xəstəliyi çox ciddi xəstəlikdir. Ya işığa salınacaq, ya da operasiya olunacaqdır. Ona görə həkim tələsmir, pribor təmizlədir. Mən bunları fıkirləşir, ürəyimə çökən qorxuya təslim olmamağa çalışırdım. Birdən həkim dilləndi:
- Əzizim, - dedi, - açığı sənin ananda heç bir xəstəlik yoxdur, heç bir dava-dərman müalicəsinə, ya xəstəxanaya ehtiyacı yoxdur. Amma bununla belə ona salamat demək olmaz. Mənim gümanım gələn bir diaqnozu bu gün yoxlamaq istəyirəm, istəyirəm sənin özün də müşahidə edəsən, inanasan. Bu saat sənin anan nənəmin yanında əyləşmişdir. Onların yanında heç kəs yoxdur. Onlar üz-üzə əyləşib söhbət edirlər Buyur, burada pərdəli pəncərənin dalında əyləş, dinlə, gör ananın halı necədir, gör o özünü

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az