Mir Cəlal. Müalicə
ilə yadıma sala bildiyim Gülbadam qarını xatırladım. Pəncərədən içəri qışqırdım:
- Ay ana, Gülbadam xala gəlib, xəbərin varmı?
Anam əlindəki stəkanı yerə elə bərk çırpıb qalxdı ki, az qaldı stəkan çilik-çilik ola. Qalxmağı ilə eyvana çıxmağı bir oldu. Məni danışdırmadı, sevincək, ayaqyalın, qollarını ata-ata, qızarmış gözləri böyümüş halda, gülümsəyə-gülümsəyə düz pilləkənlərə tərəf yüyürdü. Qapının cırıltısını eşidər-eşitməz dilləndi:
- Ay ərkansız arvad, harda qalmısan, çatladım ki, harda qalmısan, ürəyim partladı ki! Gəlsənə, bir gəlsənə görüm nə var, nə yox!..
Pilləkənlərdən çıxan bir ucaboy nabələd kişini görəndə anam kül kimi söndü. Gözlərini çevirib mənə baxdı. Baxışı ilə sanki soruşurdu: "Hanı Gülbadam?"
- Darıxma, - dedim, - ay ana, gələr. Sən başmaqlarını geyin, hazırlaş gedirik!
Mən həkimin əlini sıxdım, razılıq etdim. Tezliklə ya Gülbadam qarını anama, ya da anamı Gülbadam qarıya yetirməyi qət etdim. Həkim mənə məsləhət elədi:
- Sonra onların hər ikisinin ictimai müalicəsi ilə məşğul olmaq lazım gələcək, bunun yolunu sən məndən yaxşı bilirsən. Yavaş-yavaş onları kinoya dadandır. Bir dəfə gördükləri kinodan bir il söhbət eləyəcəklər. Bu, onların şüuruna təsir etmək üçün əldə vasitə ola bilər. Əlbət ki, müalicə müvəqqəti vasitələrdən ustayana istifadə etməyi bacarmaqdan asılıdır. Mən isə sizin bacarığınıza əminəm.
Mən həkimdən ayrıldım, anam isə qarıdan ayrıla bilmirdi.
* * *
Dostum söhbətini bitirməmiş mən həmin həkimin məharətinə əhsən dedim. Dostumun anasının ictimai müalicəsi ilə maraqlandım, müalicənin nə ilə nəticələndiyini bilmək istədim:
- De görüm, anan ilə rəftarın necə oldu? Onu kəndə apardın, ya Gülbadamı gətirdin?
Dostum dedi:
- Heç birini
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9