Mir Cəlal. Müalicə

eləmədim. Anamı bir dəfə kinoya apardım və aldatmağa məcbur oldum. Bilirsən, dedim, ana, heç səni kinoya gətirməzdim, mömin adamsan, üz vurmazdım, ancaq mənə iş yerimdən tapşırıblar ki, gərək kinoya baxasan, orada nə olub, gəlib idarə yoldaşlarına daklad eləyəsən.
Mən özüm baxıram, amma fikrim dağınıqdır. Hamısı yadımda qalmır. Sən bax, sonra mənə deyərsən...
Anam bir az çətinlik çəkdi:
- Mən nə bilirəm, nə deyim! Dil bilmirəm ki...
- Yox, - dedim, - ancaq fikir ver, gör kim gəlir, kim gedir, kim nə eləyir, niyə eləyir. Sonra mənə deyərsən, yadıma düşər. Nə isə, anamı razı saldım. Anam düşdü kinolara. Bax, indi yenə anam kinodadır, azca qalıb, indi qayıdar.
Dostum söhbətini qurtarmamışdı ki, şüşəbənd qapısının çalışdığını gördüm. Çox çəkmədi sarafan geymiş, saçını peysərinə yığmış qıvraq bir qadın içəri girdi, gülümsər halda mənə baxdı:
- Xoş gəlibsiniz!
Dostum işarə elədi:
- Tanış olun anam ilə! Ay ana, bir danış görək necə kinodur!
- Qadın oturdu, gördüklərini vəcd ilə, şirin-şirin danışmağa başladı.
Mən dostum dediyi kimi qarının söhbətinə maraqla qulaq asırdım.

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az