Mir Cəlal. Müalicə

necə
hiss edir.

Bu tapşırıq mənə qəribə gəldi. Bu nə deməkdir? Onun nənəsının anamın xəstəliyinə nə dəxli var? Ancaq qəribə gəlsə də, bu tapşırığını yerinə yetirməyə tələsdim ki, görüm axırı nə olur.
Nazik cuna pərdəli balaca pəncərənin dalında oturub baxanda qarıları hər ikisinin döşəmədə bardaş qurub, qabaq-qabağa oturduğunu və üfürəüfürə çay içdiyini gördüm. Anam nəlbəkiyə tökdüyü çayı içə-içə söhbət edirdi:
- Allah köçənlərinizə rəhmət eləsin, mənim bir qayınxatınım var idi, ayrı cür şey idi. Məni elə istərdi ki, indi istəməsin, can bir ciyər kimi; mənsiz addımını bayıra qoymazdı; mənsiz bir tikə yeməzdi, dinməzdi, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı... Ay məşədi bacı, daha nə deyim!


Anamın sözünü dinləyən qarı başını əyib, "bəli" deyirdi. Ancaq dözmürdü, əli ilə işarə verib, onun sözünü kəsmək, özü danışmaq istəyirdi:
- Sözünün dalınca oğlanların dursun, elə mənim İsmət bacılığımı görəsən, bizimkinə bacılıq demə, vallahi heç bir bacı belə mehriban...

Anam onu susdurdu:
- Heç yadımdan çıxmaz gəlin getməyim. Sözünü də kəsirəm, bacımla məni, üzüm də səndən qara, lap bir tikə boyda olanda köçürtdülər. Oğlan demişdi görmüşəm, bəyənmişəm, vəssalam! Axı bizlərdə kəhrizə suya gedərlər. Lap balaca idim, sənəyi götürə bilmirdim, hıqqanırdım. Bir də gördüm bir oğlan sənəyi əlimdən aldı, mən biabır oldumki!..
Qarı başını tərpədə-tərpədə təsdiq elədi:
- Mənim özüm bəyəm indikilər kimi gördüm, getdim? Bacı canı, heç bir şey qanmırdım. İnandığımıza and olsun, paltar gələndə...
Anam yerindən ona tərəf boylanıb, bərkdən dedi:
- Paltar, mənə bir qanavuz arxalıq...
Qarı qulaq asmaq istəmədi, başını aşağı salıb, söhbətinə davam etdi:
- Paltar gələndə mən

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az