“Fələstinli və sərçələr”

“Diridi!”, “Gəl mərc qoşaq, ağoğlan!” deyib çiynindən asdığı dəmir qəfəsi daşladılar. Aban Müəzzin sərçələri çarpanaq daşlardan yayındırmaq üçün kufiyəsini başından açıb qəfəsin üstünə saldı.

Hərdən uşaqların ən dəcəli arxadan yaxınlaşıb səubunun ətəyini dartıb qaçır, Aban Müəzzin də dayanıb ona səssizcə göz ağardıb yoluna davam edirdi.

Qəzzanın girişində dayandı, yolboyu bir-birinə bitişik birmərtəbəli suvaqsız dükanlara baxdı. Luay Abdullahın ətir dükanından başqa hamısı bağlı idi. Cümə günü olduğunu yadına saldı. Gözü balıqçı dostu Ala’a oğlu Kənaanı axtardı.

Cəbəlyədə Kənaandan başqa hamı Ala’anın öldüyünü bilirdi. İnişil səs bombasından qorxub dili tutulmazdan qabaq kimiymişsə – boynuna almasa da, deyilənə görə, Luay Abdullah olub – dilindən qaçırdıb Kənaana atasının öldürüldüyünü deyibmiş, amma o, xəbəri eşitcək evlərinə qaçmış, atasının İordan məxmərinə büküb soyuducunun üstündəki şahmat taxtasının içində saxladığı Quranı götürüb Aban Müəzzinin evinə cummuş, Kitabı onun qarşısına tutmuşdu. Aban Müəzzin çəpərin başından boylanan qonşularının gözü qabağında əlini yuyub silib qurulayıb Quranın üstünə qoymuş, bərkdən demişdi:
– Ya Ala’a oğlu Kənaan, and içirəm, mərmi partlayıb qayığımızı aşıranda atanın dənizə düşdüyünü gördüm, amma ölüsünü görmədim.

Aban Müəzzinin sözlərini eşidən qonşu kişilər içlərini çəkmiş, arvadlar isə üzlərini cırmaqlayıb qanatmışdılar.

Kənaan Quranı üç dəfə öpüb gözünün üstünə qoymuş, Kitabı səliqə ilə məxmərə büküb Əl-Aqsa* imamları kimi təmkinli addımlarla evlərinə getmişdi.

O gündən Kənaan Cəbəlyədə təkcə hər kəsin üzdə “ağoğlan”, arxada “havalı” dediyi Aban Müəzzini görəndə təzim

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az