gücü ilə bağırdı.
Sahildə top qovan uşaqlar bir anda çəkişənləri dövrəyə aldılar.
Rəqibi gülüşüb qışqırmağa hazır durmuş uşaqlara baxıb əlini Aban Müəzzinin əlinin üstünə şappıldatdı:
-Diridisə, aç, baxaq.
Aban Müəzzin barmaqlarını aralayan kimi sərçə qanadlarını sürətlə çalıb dənizə tərəf uçdu, amma tez də burulub Əl-Kəbir məscidinə sarı uçub getdi.
Uşaqların sevinclə atılıb-düşməsi xeyli çəkdi.
Ahıl kişi beş şnekeli bir-bir qumun üstünə atdı. Aban Müəzzin ona təşəkkür etdi, yerdən dəmir pulları götürdü, tozunu üfürüb təmizləyib qəfəsin küncünə yığdı.
Gün Aşdoda tərəf əyilirdi. Qəfəsdəki dörd sərçə qoxusunu hələ unutmadıqları yuvalarına tərəf uçmuş, Aban Müəzzinə qırx şekel qazanc gətirmişdi.
Aban Müəzzin boyu şərqə uzanan kölgədə oturdu. Mərcə girən təzə müştəri olmadığından, qəfəsi açıb sonuncu sərçəni ovcuna aldı. Birinci dəfə idi gətirdiyi sərçələrdən geri qaytardığı olurdu.
Gözlərini yumub dənizə tərəf çevrildi. “Get bacılarının yanına, qanadlı məxluq!” – deyib sərçəni başı üzərinə qaldırdı.
-Oyun bitdimi, Aban Müəzzin?! – kimsə onun qolundan yapışdı.
Gözlərini açdı. Qarşısında dənizin mavi yeləni ilə uyğunsuzluq yaradan tünd palıd köynəkli, qalın qara saqqallı pota bir oğlan, bir də ondan on-on beş yaş böyük, pırpız saçlı, çal saqqallı bir kişi dayanmışdı. Aban Müəzzin “müqavimət”çilərlə görüşün elə belə də olacağını ağlından yüz dəfə keçirmişdi.
-Yox, bitməyib, – cavab verdi. Səsinin titrədiyini özü də duydu.
Pota cibindən yüz şekellik əsginas çıxarıb Aban Müəzzinin gözü qabağında yellədi:
– Şekel deyir diridi, – sifətinin bir tərəfini əyib istehza ilə qımışdı, – sən nə deyirsən?
Aban Müəzzin “Hə,
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11