qəfəsində neçə sərçə olduğunu da hamı əzbər bilirdi: ara günlər iki, cümə günləri beş sərçə. Hər sərçə on şekel qazanc gətirirdi. Həftəlik qazancı pitaya*, hummusa*, bir də tütünlə qəhvəyə bəs eləyirdi. Bir-iki dəfə Luay Abdullah Aban Müəzzinə falafel* təklif etsə də, o, “toxam” deyib ətirçinin əlini geri qaytarmışdı.
Aban Müəzzinin hara gedəcəyini də hər kəs bilirdi: sahildəki üç tərəfi qamışla hasarlanmış “Baradays Qahve va İstiraha” kafesinin müştəriləri həmişə əliaçıq olurdu, müştərilər onunla mərcə girməsələr belə, kafenin yiyəsi Cəmal Atamneh onu heç vaxt əliboş qoymazdı.
Aban Müəzzin, adəti üzrə, qumsallıqdan balıqqulağı götürüb Luay Abdullahın pəncərəsinə sarı tulladı. Ətirçi səsə başını qaldırdı, “Əl-Əyyam”*ı qatlayıb kənara atdı, əlini yelləyib ona salam verdi.
Sərçələrin cikkiltisi gəlmirdi, eləcə, Aban Müəzzin addımladıqca, millərin üstündə müvazinətlərini saxlamaq üçün qanadlarını çırpırdılar.
Aban Müəzzin əlində su qabı, gözü dolmuş Kənaanı qarşısında görəndə duruxdu. Kənaan ona yüngülcə təzim edib ləpədöyən qayalığı göstərdi. Aban Müəzzin gözucu o tərəfə baxdı, qayalara aramsız çırpılıb sönən dalğalardan, bir də leş üstündə dimdikləşən iki kərkəsdən başqa bir şey görməyib Kənaanın başını sığallayıb alnından öpdü, salavat çevirıb şəhərə doğru addımladı.
O, daş yoldan sağa, kafeyə tərəf dönəndə, Cəmal Atamneh özü onu qarşılayardı. Bu dəfə belə olmadı. Cəmal qaşqabaqlı idi, Aban Müəzzinə dilucu “səbah əl-nur” deyib küncdəki boş kətili göstərdi. Dirəyə bərkidilmiş radiodan kafeyə Fayruzun* “Bektob esmak, ya habibi”* sızıltısı axırdı. Cəmal Atamneh radionun səsini alıb Aban Müəzzinlə üzbəüz oturdu. Cəzvədəki qəhvəni
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11