“Fələstinli və sərçələr”


Qaranlıq qatılaşıb yuxuları oyadana qədər Aban Müəzzin Kənaanın qarşısında kirimişcə oturdu. Nəhayət, qəfəsi tərsinə çevirib onun qabağına qoydu, qeybdən gələn boğuq səslə dedi: Ala’a oğlu, Allah bağışladı, sən də bağışla.

***
Ertəsi gün Cəbəlyə qəhvəxanalarında kişilər durmadan Allaha dua edir, qəsəbənin hər yerində qumun bol olduğunu sevinclə söyləyirdilər. “Qum olmasaydı, – deyirdilər, – Aban Müəzzinin evini söndürmək olmazdı, alov bütün qəsəbəni bürüyərdi”. Qonşu arvadlar isə xısınlaşıb sübh namazından qabaq Aban Müəzzinin evinin xarabalığı üstündə bir topa sərçənin, bir cüt də kərkəsin dövrə vurduğunu deyirdilər.

Kənaan qırılmış zeytunun kötüyü yanında təzə ting basdırmışdı. Aban Müəzzinin adını dəmir lövhəyə yazıb atası Ala’anın addaşı ilə yanaşı tingin zərif budağından asmışdı.
______
İzahlar:
*şekel – İsrailin rəsmi pulu. Qəzza Zolağı da daxil, Fələstinin hər yerində şekel işlənir. *Şnekel – el arasında 2-şekellik dəmir pula deyirlər. Şnayim (iki) və şekel sözlərinin birləşməsindən yaranıb.
*Əl-Fürqan (Meyar, Gözüaçıqlıq) – Quranın 25-ci surəsi. İsrailin “Qurğuşun əməliyyatı”, Fələstinin isə “Qəzza Qətliamı” və ya “Əl-Fürqan savaşı” adlandırdığı, 27 dekabr 2008 – 18 yanvar 2009 arası baş vermiş Qəzza müharibəsi.
*“gürzə” – çoxməqsədli F-16 qırıcı təyyarəsi. Rəsmi adı: "Döyüşən Şahin". Çevikliyinə görə, pilotlar ona "gürzə" (viper) deyirlər.
*kufiyə – ərəblərdə kişi baş örtüyü, yaylığı. Ş(a)max(q), kaffiya, keffiya, ğutra da deyirlər. El arasında “ərəfati” də işlənir. Örtüyü başda saxlamaq üçün üstündən qara dairə (iqal) taxırlar.
*səub (thawb) və ya soub (thobe) – uzunətəkli ərəb kişi geyimi.
*Cəbəlyə qaçqın

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az