diridi” deyib ovcunu açmaq istədi, amma potanın qurşağında parıldayan gümüş qundaqlı tapançanın, bir də uduzacağı yüz şekelin qorxusundan fikrindən daşındı:
– Yox, ölüdü, – mızıldandı.
Pota şalvarının arxa cibindən bir yüzük də çıxartdı:
– İndi nə deyirsən? Mən bilən, diridi axı?
– Diri idi, – Aban Müəzzin gözlərini qırpdı, – uçurdu, budaqlara qonurdu… boz qurdları tapıb dimdiyində balalarına daşıyırdı… amma indi ölüb, artıq ölüb, çoxdan ölüb…
Aban Müəzzin ovcunu açmadan orta barmağını sərçənin qanadı altından keçirib böyründən basdı. Sərçə cikkildədi, dartınıb çəlimsiz çaynaqları ilə Aban Müəzzinin ovcunu cırmaqladı, dimdikləri arasından əsən dili göründü.
-Azdı, əbləh?! – pota bir neçə yüzlük də çıxartdı, üst-üstə qoyub bürmələdi, Aban Müəzzinin sifətinə çırpdı, – al, yəhudi qaravaşı! Get, nə qədər istəyirsən sərçə tut uçurt. İstəsən, lap şahin al!
Aban Müəzzin dinmədi. Pota qəzəblə qəfəsə tüpürüb arxasını ona çevirdi.
Çalsaqqal kişi yerə tökülmüş yüzlükləri ayağı ilə bir yerə topladı, yel dağıtmasın deyə, üstünə bir top qum yığdı.
Aban Müəzzin sərçənin nazik qabırğalarını sıxdıqca, gicgahında artan ritmik guppultunun özününmü, ya sərçəninmi ürək döyüntüsü olduğunu anlamağa çalışdı. Dişlərini qıcayıb gücü gəldikcə barmaqlarını sıxdı. Beyni uğuldadı. Yadında qalan ovcunun islanması, bir də çalsaqqalın əli ilə onun kürəyinə vurub gülə-gülə “Qəm eləmə, Aban Müəzzin, öz əcəli ilə ölən sərçə hələ görməmişik” deməsi oldu.
Hər iki “müqavimət”çı yolda onları gözləyən qara maşına tərəf getdi.
Axşam namazına toplaşmış möminlər Aban Müəzzinin Əl-Kəbir məscidinə girdiyini görəndə, təccüblə bir-birinə baxdılar. Aban
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11