Mir Cəlal. Dostumun qonaqlığı
axtarmağından deyirdi. Ev yiyəsi, görünür, onun xasiyyətini bilirdi, səsləndi: - Mirzə, qonağı yorma! Sənin çənənə hər adam dözə bilməz axı! Mirzə ev yiyəsinin sözünü zarafat sayıb güldü. - Ələkbər, - dedi, - sənin bu qonağın lap mənim ürəyimə yatan oğlanmış. A sağ olmuş, bizi nə üçün indiyəcən tanış eləməmisən?
Söhbətimiz elə tutur ki, gəl gör!
Ev yiyəsinin başqa qonaqları da vardı. Hamı evin qabağında qoyulan və üstünə xalça salınan taxda əyləşdi, yemişi kəsib dilimlədilər.
Qonaqlar yemiş yeyirdi. Mirzə Qulam danışırdı. Ancaq indi onun sözünə qulaq asan azdı. Ona görə də danışanda mənim üzümə baxırdı. Mən başımı aşağı salırdım.
Mən tələsirdim. Qalxıb gedəndə, Mirzə Qulam ev yiyəsi ilə bərabər bir qırx-əlli addım məni poçt yoluna qədər ötürdü. Addımbaşı elmdən, mərifətdən, səxavətdən, sədaqətdən dəm vururdu. Əlimi sıxıb ayrılanda, söhbətinin yarımçıq qaldığına heyifsiləndi, çox xahiş etdi ki, şəhərə gedəndə mütləq onu axtarıb tapım. Adresini də dedi. Xahiş elədi ki, dəftərimin qulağına yazım.
- Yadımda qalar, - dedim, - arxayın olun.
Ayrılandan sonra daha mən Mirzə Qulamı görmürdüm və tamamilə unutmuşdum. 1930-cu ilin yayında təzəcə tətilə çıxmışdım. Yay maaşını da almışdım. Cibim dolu, kefim saz idi. Gürcüstan kurortlarından birinə istirahətə getməyə hazırlaşırdım. Şəhərə gəlmişdim. Balaca, səliqəli, sulu, ağaclı, bağlı-bağçalı rayon şəhəri yay vaxtı yaxşı olur. Dost-aşna hər tərəfdən məzuniyyət alıb gəlir. Yar-yoldaşla görüşüb əhvallaşırsan, şəhər bağının sərin, musiqili, şənlik axşamlarında gəzirsən...
Acmışdım, yeməkxanaya nahar etməyə gedirdim. Fikrimdə tutmuşdum ki, gedib naharımı yeyərəm, qayıdıb mehmanxanada bir saat istirahət edərəm, axşam
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9