Mir Cəlal. Dostumun qonaqlığı

hazırlıqsız bazara çıxıbmış, məni gördü, qonaqlıq fıkrinə düşdü. Puldan ötrü bir də evə getməmək üçün mənim xərcləməyimə razı oldu, evdə qaytaracaqdır. Bu fıkirlərlə məşğul idim. Mirzənin səsi gəldi:
- Fayton, fayton, bəri sür!
Uzunətək, gödərək faytonçu lap yanımıza, səkinin qırağına sürdü. Mirzə məni göstərib dedi:
- Bizim bu oğlanın xatırına elə sürərsən ki, tozun da görünməsin!
Biz faytona oturduq. Mirzə çaparaq gedən faytonun sürətindən nəşələnərək deyirdi:
- Andır evimiz bir balaca şəhərdən qıraqdır, həmişə faytonla gedirəm. Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır.
Evə çatanda Mirzə Qulam şeyləri qoltuğuna vurub, tez faytondan düşdü, həyətə girdi. Mən faytonçuya bir beşlik verdim. Razı olmadı, "azdır", - dedi. Bir üçlük də verdim, sağ ol da demədi, sürüb getdi. Fayton gedən kimi Mirzə alçaq və nazik torpaq divarlı həyətin köhnə, işdən düşmüş qapısını açıb, içəridən çağırdı:
- Buyur, gəl!
Mən içəri girdim. Balaca su arxının yanlarında əkilmiş qızılgül, ərik, armud ağaclarınm arasından keçdik, Mirzə Qulamın evinə girdik. Saat beş, ya altının yarısı olardı. Yorulmuşdum. Aclıq məni dildən salmışdı. Tez stul çəkib oturdum. Mirzə şeyləri o birisi otağa apardı; təxminən bir on dəqiqə heç bir səs-səda eşitmədim. Darıxdığımdan, acımdan yenə saata baxdım. Yoldaşlarımla axşam görüşünə vədə verdiyim vaxt keçmişdi. Yəqin onlar beş-on dəqiqə məni gözləyəcək, pərt olacaq, dalımca deyinəcək, çıxıb gedəcəkdilər. Nə isə, bu Mirzənin, mənim bu təzə dostumun naharı çox uzun çəkdi.
Mən başıaşağı, əlimdəki saatın əqrəbinə baxır, vaxtımı keçirirdim. Mirzə Qulam tələsik içəri girdi:
- Ay filankəs, - dedi, - oradan cibindən bir on beş manat da mənə ver, vacib iş

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az