Mir Cəlal. Dostumun qonaqlığı
taylı qapı vardı. Qapıya yanaşıb, qorxa-qorxa açar yerindən baxdım. Diqqətlə baxdım, qapı ağzında çömbəlib oturan, corab toxuyan bir qadın gördüm. Daha başqa adam yox idi. "Görəsən bu kimdir? Mirzənin arvadıdırsa, bəs nə üçün belə arxayındır? Qonşudursa, nə üçün Mirzə şeyləri o evə apardı? Qulluqçudursa, gərək bu saat əldə-amanda ola, hazırlıq görə..."
Mən donub qalmışdım. Dedim, bəlkə o mənim burada olduğumu bilmir. Qoy bir səs salım, görüm nə olur. Əvvəl yavaş, sonradan bərk öskürdüm. Qulaq asdım, görüm qadın nə deyəcək. Bir səs gəlmədi. Açar yerindən baxdım, qadın öz işində idi, ip corab toxuyurdu. Deyəsən, o qadın, ağac altında yatan pişik, sarı toyuq, evi bürüyən sükut, həyətdə hiss olunan arxayınlıq - hər şey, hər şey tox idi, yuxulayıb rahatlanırdı. Mən isə bütün əsəbiliyimlə, hirsimlə, aclığımla, qaranlıq bir sərgüzəştə düşmüş kimi, çaşıb-qalmışdım. Nə dinə bilirdim, nə otura bilirdim, nə də dura bilirdim. Belə yerdə səbrə, utancaqlığa, xatir-hörmətə lənət oxudum, eyvana çıxdım, qadından soruşdum:
- Bacı, Mirzə hara getdi?
Qadın özünü yığışdırdı, örpəyini çəkib, başını aşağı saldı, nazik səslə cavab verdi:
- Bir söz deməyib, nə bilim!
- Siz onun əyalı deyilsiniz?
- Onun başı batsın, evdəkilərə sözmü deyər? Kim bilsin harda indi başı qumara, çaxıra qızışıb!..
- Bəs gec gələr?
- Nə deyim, ay qardaş, başı qızışsa, getdi gecə yarısına. Nə işiniz var idi?
Mən qadının bu qəribə sualına cavab tapa bilmədim.
- Heç, - dedim, - ürəyim onu çox istəyir.
Qadın dinmədi. Mən kor-peşman qalxıb, evdən çıxdım; uzaq, tozlu, qaranlıq yolları ac qarına yüyürə-yüyürə, güc-bəla ilə özümü mehmanxanaya saldım.
Odur-budur Mirzə Qulam gözümə görünmür. Görünmür ki, soruşam:
- Dostum,
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9