Mir Cəlal. Dostumun qonaqlığı
gülümsəyərək dedi:
- Kababla bürüştə lavaşın ayrı ləzzəti olur!
- Bəli, - dedim, - ləzzətli olar!
Mən cavabımı qurtarmamış Mirzə Qulam lavaşçıya dedi:
- Bizim bu oğlana bir beş kilo ağ lavaş ver. Bürüştə olsun...
Mirzə məndən soruşdu:
- Beş kilo azlıq eləməz ki?
- Bəsimizdir, - dedim, - neçə adamıq ki!
Söz arası "neçə adamıq", - deyə soruşmaqda mənim məqsədim vardı: bilmək istəyirdim görüm Mirzənin daha neçə nəfər qonağı var? Mirzə buna cavab vermədi. Lavaşı çəkdirib, qoltuğuma vurdu. Mən pulunu verdim, qayıtdıq.
Bazarın başından ötəndə Mirzə içki dükanına girdi. Stolun dalında bir cavan oğlan dururdu. Mirzə onunla ermənicə danışdı. Sonra məni göstərib dedi:
- Bizim bu oğlana bir beş-altı butulka araq, çaxır ver. Lap əlasından ver, özü də cür ver. Məclisi rəngarəng eləyən olsun...
Cavan oğlan göstərdikcə, Mirzə seçdi. Şüşələri də lavaşın üstündən qoltuğuma yığdı. Mən içkinin də pulunu verdim. Çıxdıq. Mirzə Qulam geriyə döndü, qolumdan çəkdi:
- Yadımızdan çıxıb, - dedi, - burada bir yaxşı qənnadı dükanı var, ətirli konfetlərdən keçmək insafdan deyil!
Mən konfet xoşlamadığımı dedim. Mirzə başa saldı ki: "Konfeti yalxı yeməzlər, ancaq uşaqlar elə yeyər. Amma məclisdə içki ilə, kef-damaqla ayrı ləzzəti var! Xanımlar konfetsiz adama kəlmə verib, kəlmə almazlar!..."
Anladım ki, Mirzənin nahar üçün, deyəsən, böyük məclisi olacaqdır. Tədarükünə mane olmaq yaxşı deyil. Konfetin də pulunu verib çıxanda, cibimə fıkir verdim. Pulum azalmışdı. Axşam yeməyinə və mehmanxanaçıya bir gecəlik mənzil pulu verməyə ancaq çatardı. Bir də fıkirləşdim ki, Mirzə Qulam qanacaqlı adama oxşayır; nə bilirsən: bəlkə mən xərclədiyim pulların hesabını saxlayır. Bəlkə evə çatan kımı ovcuma sayacaq! Bəlkə kişi
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9