Mir Cəlal. Dostumun qonaqlığı

geyinib-kecinib, yoldaşlarımla vədələşdiyim yerə - kluba gederəm.
Bir ortaboylu, qarapaltar adamın qarşımda durduğunu hiss etdim: o, dümdüz dayanmışdı, bığlarının altından yüngülcə qımışırdı, əlini də mənə tərəf uzatmışdı.
- Xoş gördük, ay etibarsız qırışmal! - deyə dilləndi.


Mən ilk baxışımda onu tammadım. O, əlimi sıxdı, bir əli ilə də çiynimdən tutub silkələdi və qayımdan dedi:
- Hələ elə olar... Daha Mirzə Qulam dayını tanımazsan. Böyüklüyün xasiyyəti belədir, səndə günah yoxdur.
Adını çəkəndə, üç il bundan əvvəl kənddəki görüşümüz, Mirzə Qulamla söhbətimiz yadıma düşdü. İstər-istəməz əhvalını soruşdum:
- Necəsiniz, kefiniz, damağınız?
Mirzə Qulam cavab vərmək əvəzinə soruşdu:
- Bəs harda düşmüşsən?
- Bu yaxında, mehmanxanada.
Bunu deyəndə Mirzə geri çəkildi, mənə bir tünd baxdı:
- Necə yəni mehmanxanada? - Necəsiz-zadsız. Yerim də rahatdır.
Mirzə bərkdən dedi:
- Bəyəm mən ölmüşəm? Bəyəm mənim evim-eşiyim yoxdur ki, gəlib ayrı yerdə qalasan?
- Təfavütü nədir, - dedim, - ay Mirzə, bir-iki gün qalacağam. Nə eybi var?


- Çox eybi var. Adam olana, mən öz payımı deyirəm, çox eyibdir. Təvəqqe eləyirəm bunu mənə dedin, daha bir kəsə deməyəsən. Mən də özümə görə bir adamam axı! Mənim də dostum var, düşmənim var. Sabah şəhərdə biri desə ki: "Mirzə Qulamın dostu filankəs gəlib qəstində gecələyir", onda daha mən gərək el içinə çıxmayım. Eyibdir. Boynuna al qardaşoğlu, çox eyib iş görmüşsən. Gedək, gedək evə!


Mirzə Qulam qolumdan tutub məni evə sarı çəkəndə, dayandım. Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək yaxşı deyil. Fəlkə kasıb adamdır, niyə xərcə salım. Nə lazımdır. Bəhanə gətirib, ayrılmaq istədim. Mirzə Qulam daha da möhkəm

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az