Mir Cəlal. Dostumun qonaqlığı

yapışdı:
- Bu da kənd deyil ki, söhbətimizi yarımçıq qoyasan. Bu can ölsün ki, səni əldən buraxdı yoxdur!
O, qolumdan çəkdi; gedəsi oldum. Özüm də bərk acmışdım.
- Gəl, - dedim, - Mirzə, aşxanada nahar eləyək, söhbətə evə gedək. Mirzə yenə üzümə tərs-tərs baxdı. Bir müddət dinmədi. Sonra başını aşağı salıb dedi:
- Elə zarafatları bir yana qoy ki, aramız dəyər. Xarabamızda sənin qarnını doydurmaq üçün bir tikə çörək tapılar.


Mən onun acıqlandığını görüb, bir söz demədim. Yanına düşüb getdim. "Qoy, - dedim, - qəlbi sınmasın".
Mirzə Qulam məni bir qəssab dükanının qabağına apardı. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mirzə Qulam məni ona göstərib dedi:
- Məmmədhəsən, bizim bu oğlana bir üç-dörd kilo... - Bunu deyib Mirzə Qulam mənə tərəf döndü. - Nə deyirsən, qardaşoğlu, dörd kilo azlıq eləməz ki?
- Yox, - dedim, - bəs elər. Mirzə yenə üzünü qəssaba tutdu və barmağı ilə mənə işarə elədi:
- Bizim bu oğlana bir dörd kilo kabablıq erkək əti ver. Məmmədhəsən, xatır üçün əməlli-başlı elə, yağlı tikəsi çox olsun, çünki bizim bu qardaşoğlu şəhərimizdə qonaqdır...
Qəssab kənardan asılan ətləri bir-bir göstərib, məndən soruşdu:
- Bu necədir, burasmı bəyənirsinizsə, kəsim?..
Mən razılıq verdim. Qəssab əti çəkib ikiəlli tərəzidən götürdü, mənə tərəf gəldi. Mirzə məndən soruşdu:
- Qabdan-zaddan nə təhər eliyək? Mən əlimdə bükülmüş qəzeti verdim. O, əti qəzetə bükməkdə idi, qəssab mənim üzümə baxırdı. Baxdı, baxdı və dedi:
- On bir, on bir, elər iyirmi iki, o da iyirmi iki, cəmisi qırx dörd manat. Düz qırx dörd manat!
Mən tez əlimi cibimə atıb, ətin pulunu verdim. Mirzə Qulam əti götürdü. Çıxdıq. Lavaşçı dükanına çatanda Mirzə Qulam

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az