Mir Cəlal. Dostumun qonaqlığı

var, bu saat gəlirəm.
Mən lap məəttəl qaldım. Bu pulsuz vaxtımda, Mirzənin kisəmə daş atmağına müəyyən məna verə bilmədim. Fikirləşməyə vaxt yox idi. Mirzə başımın üstünü kəsmişdi, tələsdirirdi:
- Bircə, mən ölüm, tez ol ki, vacib iş var, bu saat gəlirəm!
O bu sözləri elə qəti, elə ərklə, elə etibarla deyirdi ki, hər kəs olsa cibini boşaldıb, var-yoxunu verərdi. Mən onun dəm-dəsgah düzəltdiyini, nə təhər olmuşsa pulunun çatışmadığını zənn etdim, əsirgəyə bilmədim. Cibimdə qalan son iyirmiliyi çıxardıb verdim. Mirzə, iyirmilik olduğuna daha çox heyifsiləndiyimi duyduğu üçün dedi:
- Eybi yoxdur, beş manatını qaytarar. Tez ol görüm!
Pulu əlimdən qapıb, küçə qapısına tərəf qaçdı. Mən aclıqdan, əsəbilikdən, taqətsizlikdən otura bilmədim, qəbahət sayılsa da, yük yerindən balınc alıb, palazın üstünə atdım və uzanıb dirsəkləndim.
Mirzədən səs çıxmadı. Saat yeddiyə işləyirdi, lap içim üzülmüşdü. Bu saat kabab, qovurma, ya da bozbaş iyinin məni vuracağını, o biri otaqdan samovar cızıltısının başlanacağını, Mirzənin başqa qonaqlarını bir-bir gəlib çıxacağını, ev sahibinin məndən üzr istəyəcəyini, geniş və iştahalı bir süfrə açacağını güman edirdim. Gözüm qapıda, qulağım səsdə idi... Nədənsə həyətdə bir ölüm sükutu hökm sürürdü. Mən təəccüb elədim: "Deyəsən Mirzənin xörəyi başqa yerdə hazırlanır, deyəsən heç bu həyətdə adam yoxdur; bəlkə qonaqlar başqa həyətə, başqa otağa yığılmışlar; bəlkə Mirzənin başı bərk qarışmışdır, mən yaddan çıxmışam..."
Pəncərədən boylanıb həyətə baxanda, arxın bulanıq suyundan, divar dibində eşələnən toyuqdan, əncir ağacının altında yatan ağ pişikdən başqa bir şey görmədim. Yan otağın qapısında da kimsə yox idi. O, otaqla mən olan otağın arasında iki

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az